19 Iyun 2021 23:16
544
SİYASƏT
A- A+

“Brattleboro Reformer”: ABŞ azərbaycanlı uşaqların əsirlikdən azad olunmasını tələb etməlidir  

 

Amerikada çıxan “Brattleboro Reformer” qəzetində “ABŞ azərbaycanlı uşaqların əsirlikdən azad olunmasını tələb etməlidir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və 1990-cı illərdə Birinci Qarabağ müharibəsi dövründə erməni qoşunları tərəfindən əsir götürülən azərbaycanlı uşaqlara həsr edilib.

Materialda hər il iyunun 1-nin dünyanın bir çox ölkələrində Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilməsindən söhbət açılır. Bu əlamətdar hadisə dünya birliyini uşaqların hüquqlarını qorumağa və onların rifah halını yaxşılaşdırmağa sövq edir. Təəssüf ki, 29 il bundan əvvəl, Azərbaycanın Qarabağ regionunda Ermənistan tərəfindən etnik təmizləmə aparıldığı zaman həmin regiondakı azərbaycanlı uşaqların xoşbəxtliyinə son qoyulub.

Qeyd olunur ki, erməni ordusu işğal edilmiş ərazilərdə azərbaycanlı uşaqları məqsədyönlü şəkildə oğurlayırdı. 71 azərbaycanlı uşaq hələ də itkin düşmüş hesab edilir və Ermənistan onların harada olmaları barədə məlumat verməkdən imtina edir. Məqalədə, həmçinin deyilir ki, ABŞ Ermənistana təzyiq göstərməlidir ki, o, artıq boya-başa çatmış Azərbaycan vətəndaşlarını erməni əsirliyindən azad etsin, yaxud da əgər onlar erməni hərbçiləri tərəfindən qətlə yetiriliblərsə, bu barədə məlumat təqdim etsin.

Məqalə ABŞ Azərbaycanlıları Şəbəkəsi tərəfindən Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə aparılan növbəti kampaniya nəticəsində dərc edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video