17 Mart 2021 16:36
588
Təhsil
A- A+

BP və tərəfdaşları ADNSU-da müəllim və tələbələrin ingilis dili biliklərinin artırılması üzrə layihəni tamamlayıb  

 BP şirkəti “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları SOCAR, “TPAO”, “Petronas”, “MOL”, “LUKoil”, “Nico”, “Equinor”, “Inpex”, “ExxonMobil”, “SGC”, “Itochu”, “ONGC”, “Total” və “Eni” adından Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müəllim və tələbələrin mühəndislik sahəsi üzrə ingilis dili biliklərinin artırılması məqsədini daşıyan layihəni uğurla tamamlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu layihə BP və tərəfdaşlarının yerli universitetlərdə potensialın gücləndirilməsinə, o cümlədən tədrisin keyfiyyətinin artırılmasına göstərdikləri dəstək səylərinin bir hissəsidir.

Layihə nəticəsində təxminən 90 müəllim və 200 tələbənin bilik və səriştələri əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Onların arasından ən yüksək nəticə göstərmiş 18 müəllim dilin praktik tədrisi və metodikası üzrə universitetdə müstəqil təlim keçmək üçün seçiliblər. Onlar bu layihədən qazandıqları peşəkar bacarıqlardan istifadə edərək müəllim və tələbələr üçün ingilis dili üzrə təlimlər keçəcəklər.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Baxmayaraq ki, ingilis dili Azərbaycanda neft-qaz mühəndisliyi üçün əsas bilik sahəsi deyil, o, beynəlxalq elmi mənbələrə və neft-qaz sahəsi üzrə zəngin ədəbiyyata birbaşa çıxış imkanı yaradır. Bundan əlavə, ingilis dili bilikləri ölkədə fəaliyyət göstərən çoxsaylı beynəlxalq təşkilatlarda və şirkətlərdə işə qəbul olma imkanlarını artırır. Layihəmizin möhtəşəm nəticələrini görməkdən məmnunluq duyuruq – təlim proqramını bitirən bütün iştirakçılar ingilis dili biliklərini ən azı bir səviyyə artırıblar. Lakin, ən önəmli nəticə ondan ibarətdir ki, universitet indi artıq ixtisaslaşmış təlimçilər qrupuna malikdir – bu potensial sayəsində universitet kənardan yardım almağa ehtiyac olmadan öz müəllim heyəti və tələbələri üçün ingilis dili biliklərinin təkmilləşdirilməsini müstəqil şəkildə həyata keçirə biləcək”.

Layihə 2019-cu ilin may ayında birillik proqram kimi başlayıb, lakin COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən proqramın tamamlanmasına daha uzun müddət tələb olunub.

Layihənin dəyəri təxminən 193 min AZN-dir və “British Council” təşkilatı tərəfindən icra edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video