03 Fevral 2012 12:02
349
İQTİSADİYYAT
A- A+

bp şirkəti gənclər üçün yeni layihənin icrasına başlayıb

 

Azərbaycandakı əsas neft-qaz layihələrinin operatoru olan "BP-Azerbaijan" şirkəti özünün ölkəmizdəki tərəfdaşları adından yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək üçün Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi imzalayıb.

Şirkətdən verilən məlumata görə, sazişin məqsədi yerli bələdiyyələrin problemlərini müəyyən etmək və onları aradan qaldırmaq bacarıqlarını gücləndirməkdir. Saziş həmçinin ətraf mühitdəki ən adi problemlərlə bağlı məlumatlılığı artırmaq və əhalini cəlb etməklə onların həllinə kömək göstərmək məqsədi daşıyır.

Layihə çərçivəsində görülən işlər nəticəsində bələdiyyələr nəzdində gənclər palataları yaradılacaq. Bu qurumlar gənclərin təlimi, həmçinin onların liderlik və layihələri idarəetmə potensialını artırmaq yolu ilə öz icmalarındakı ətraf mühit problemlərinin həllinə cəlb olunmasını təmin edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video