Böyüklərin də, uşaqların da sevimli istirahət yeri
Müəlliməyəm, işim uşaqlarladır. Təkcə onların təhsili, təlim-tərbiyəsi yox, sağlamlığı və mənalı istirahəti də bizi çox düşündürür. Həm də bir valideyn, vətəndaş olaraq övladlarımızın sağlam və xoşbəxt böyümələri ən böyük arzularımdandır. Yaxşı övlad, layiqli vətəndaş yetişdirmək üçünsə təməl möhkəm olmalıdır.
Yaşadığımız ünvan - Zirə qəsəbəsi şəhər mərkəzindən uzaqda yerləşir. Əvvəllər gəzinti, əyləncə, mənalı istirahət üçün uşaqları vaxtaşırı paytaxta aparırdım. Onlar tamaşalara baxır, intellektual oyunlarda iştirak edirdilər. Parklarda, əyləncə mərkəzlərində gəzib dincəlirdilər. Ancaq etiraf edim ki, bu, bizə baha başa gəlirdi - uzaq olduğundan həm vaxt, həm də vəsait itirirdik. Bu, uşaqlar üçün də fiziki cəhətdən əziyyətli idi...
Qəsəbəmizdə Zirə Mədəniyyət Mərkəzi və ekopark istifadəyə veriləndən bu qayğılardan xilas olmuşuq. Burada uşaqların hərtətəfli inkişafı - peşə və bacarıqlarının formalaşması, əqli və fiziki inkişafının, eyni zamanda mədəni istirahətinin təmin edilməsi üçün hər cür imkan yaradılıb. Heydər Əliyev Fondunun layihəsi əsasında və bilavasitə himayəsi altında ərsəyə gətirilən Zirə Mədəniyyət Mərkəzi və ekoparkı unikal imkanlara malikdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və diqqəti sayəsində şəhərdən kənarda möhtəşəm bir kompleks tikilib. Artıq bir ildən yuxarıdır ki, müasir texnika və avadanlıqlarla təchiz olunmuş, modern görünüşlü mərkəz qəsəbəmizin, eləcə də ətraf yaşayış məntəqələrinin sakinlərinin ixtiyarındadır. Mərkəzin ərazisi və ətrafı gözoxşayan yaşıllıqla əhatə olunub. Burada gəzinti və istirahət, xüsusilə də uşaqların əyləncəsi üçün müstəsna şərait yaradılıb. Buradakı uşaq şəhərciyi şəhərin ən yaxşı əyləncə mərkəzlərindən belə geridə qalmır. Geniş park intellektual oyunlar, istirahət və əyləncə bölmələri ilə zəngindir. Müxtəlif dərnəklər də fəaliyyət göstərir. Bir sözlə, uşaq dünyasına aid hər şey bu şəhərcikdə var. Onlardan istifadə də ödənişsiz, pulsuzdur. Rəngarəng attraksionlar, çoxlu uşaq-oyun avadanlıqları da həmçinin. Uşaqlar, məktəblilər burada əylənməyi, istirahəti çox sevirlər. Odur ki, tez-tez bura gəlirik.
Bu gözəlliyə və yaradılan möhtəşəm parka görə dövlətimizə, Heydər Əliyev Fonduna, həmçinin fondun prezidenti Mehriban xanım Əliyevaya qəsəbə sakinləri adından təşəkkürümüzü bildiririk.
Səadət ƏLİYEVA,
Zirə qəsəbə sakini, ibtidai sinif müəllimi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!