10:13 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Böyük Zəfər böyük uğurlara zəmin yaradır

ANA SƏHİFƏ / SİYASƏT
00:47 12.03.2021

 

İlham Əliyev YAP-ın qurultayında gələcək inkişafla bağlı hədəfləri müəyyənləşdirdi, partiya üzvləri qarşısında tələblər, vəzifələr qoydu

 

Yeni Azərbaycan Partiyasının VII qurultayında partiya sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqində həm postmüharibə dövrü üçün Azərbaycanın gələcək inkişafını şərtləndirəcək hədəflər göstərildi, həm də partiya üzvlərinin qarşısında yeni vəzifələr qoyuldu.

Öncə vurğulamalıyıq ki, partiyanın budəfəki qurultayı demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Yeni Nizamnamə qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi,  6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Nizamnamədəki dəyişikliyə əsasən isə partiyanın Qadınlar Şurası ləğv edildi. Bir daha bəlli oldu ki, tamamilə yeni strategiyanın əsasını qoyan Cənubi Qafqazın ən böyük siyasi təşkilatında mühüm dəyişikliklər olacaq. Bu isə partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq.

 

Kompleks tədbirlər, dərinləşəcək islahatlar

 

Qurultayın keçirilməsi 44 günlük Vətən müharibəsində tarixi Zəfərin yaratdığı yeni reallıqlar dövrünə təsadüf etdi və İlham Əliyev bir daha aparılan mütərəqqi islahatların real nəticələrini dəyərləndirərərk qarşıdakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi layihələrin, aparılacaq islahatların konturlarını müəyyənləşdirdi. Əlbəttə ki, qalib ölkə üçün postmüharibə dövrü, yəni yeni reallıqlar yeni hədəfləri diktə edir ki, bu da kompleks tədbirlərin həyata keçirilməsi, islahatların dərinləşdirilməsi zərurətini yaradır.

Son 17 illik tarixə nəzər yetirsək aydın şəkildə Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu görə bilərik. Ötən illər ərzində İlham Əliyev tərəfindən qarşıya qoyulan konkret hədəflərin düzgün müəyyən edilməsi, onların icrası ölkədə həm siyasi, həm də iqtisadi sahədə dayanıqlı inkişafı təmin edib. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib.

Bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi isə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. 44 günlük Vətən müharibəsinin Zəfər marafonundan bizə  həm sonsuz sevinc və qürur, həm də böyük məsuliyyət qaldı. İşğaldan azad olunan doğma yurdlarımızın bərpası və Böyük qayıdışın ən effektiv şəkildə təşkil olunması qarşıdakı bir neçə ilin ən vacib çağırışıdır desək, yanılmarıq.

Prezidentin söylədiyi kimi, İkinci Qarabağ müharibəsinin nəticələri həm də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaratdı. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər və eyni zamanda yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar formalaşdı.

 

Heç kimə hesabat verməyən ölkə, ən islahatçı Lider

 

Əminliklə deyə bilərik ki, İlham Əliyev tərəfindən müəyyən edilən əsas konsepsiyalar ölkənin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. Elə hakim partiyanın da fəaliyyətinin prioritet istiqamətləri məhz bu məqsədlərə çatmağa yönəldilib.

Bu gün İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm də xarici siyasət kursu yeganə düzgün kursdur.  Məhz bu kursa dəstək olmaq üçün İlham Əliyev qurultaydakı yekun nitqində öz siyasi həmfikirlərini dövlət səviyyəsində müəyyənləşdirilmiş siyasət çərçivəsində ölkədə gedən bütün proseslərə, islahatlara və quruculuq işlərinə dəstək verməyə, partiya üzvlərini bu məqsədlər ətrafında səfərbər olmağa dəvət etdi.

Azərbaycanın dünyada tam müstəqil siyasət yürüdən ölkə olduğunu deyən Prezident bir daha bəyan etdi ki, heç kim bizimlə diktə dili ilə danışa bilməz. Bu il müstəqilliyinin 30 illiyini qeyd edəcək Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək. Müstəqilliyimizin 30 illiyi Qələbə qazanmış, Zəfər çalmış xalq kimi qeyd ediləcək.

Göründüyü kimi, ən islahatçı Prezident bu gün həm də yeni reallıqlar yaradır. Məhz bundan əvvəlki dövrlərdə İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirmiş, əməkdaşlığın yeni formatlarını şərtləndirmişdi. Azərbaycan Prezidentinin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmış, eyni zamanda bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını formalaşdırmışdır.

Prezidentin söylədiyi kimi, bu gün həmin layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.

 

Postmüharibə dövrü əməkdaşlıq üçün yeni imkanlar açır

 

Vətən müharibəsindən sonrakı durum isə bu əlaqələrin daha da şaxələnməsini, reallaşacaq layihələrdə tərəfdaş olmaq istəyən ölkələrin sayının artacağını şərtləndirir. Axı bölgədə tam başqa vəziyyət yaranıb. Prezident də bunu dəyərləndirərkən vurğulamışdır ki, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaradılıb və eyni zamanda ölkəmizdə də yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar formalaşıb. Nikbinliyə səbəb olan digər amil odur ki, qonşu dövlətlər də  Azərbaycanla eyni mövqeni bölüşürlər. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı fikir ayrılığı yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da uyğundur. Yəni İlham Əliyevin dediyi kimi, Avrasiyanın yeni nəqliyyat damarının açılması da mümkündür. Bu da, əlbəttə  ki, bölgədə, uzunmüddətli sülhün əsas təminatçısı ola bilər.

Bütün bunlar bir daha təsdiqləyir ki, regionun tərkib hissəsi olan Azərbaycan hər zaman uğurlu əməkdaşlığın nümunəsi, məsuliyyətli ölkə kimi qiymətləndirilib. Yeni reallıqlar da göstərir ki, İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan doğru yolda inamla addımlayır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM