07 Iyun 2021 19:24
655
SİYASƏT
A- A+

Böyük Britaniyanın xəbər portalı: Beynəlxalq ictimaiyyət minalanmış ərazilərin xəritələrinin verilməsi üçün Ermənistana təzyiq göstərməlidir

 

Böyük Britaniyanın “Fokusda Azərbaycan” xəbər portalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən minalanmasını pisləyən məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Qarabağ regionunun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı zamanı bu ərazilərdə yalnız barbarlıq, dağıntı və talanların törədildiyi, bu müddət ərzində Ermənistanda davamlı iqtisadi inkişaf əvəzinə revanşist ideyaların geniş yayıldığı vurğulanır.

Yazıda diqqətə çatdırılır ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı bütün bu əraziləri dağıdıb və minalayıb. Ermənistan keçən il Azərbaycanın işğal olunmuş ərazilərindən çəkilmək məcburiyyətində qalsa da bu ərazilərdə məqsədli şəkildə və geniş miqyasda minalar basdırıb. Ermənistan müharibədə məğlub olsa da bu minalar Azərbaycan vətəndaşlarının və hərbçilərinin həyatlarına real təhlükə olaraq qalır.

Məqalədə minalardan istifadənin əsas məqsədləri və onların növləri barədə ətraflı məlumat verilir. Vurğulanır ki, bir neçə gün əvvəl azərbaycanlı jurnalistlərin də ölümünə səbəb olan tank əleyhinə minadan istifadə edilməsi əldə edilmiş atəşkəs razılaşmasının pozulmasıdır. Yazıda Ermənistanın beynəlxalq müqavilələr və konvensiyalarda üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu bildirilir.

Müəllif 1996-cı ildə düzəliş edilmiş “Müəyyən Adi Silahlar üzrə Konvensiyanın (CCW) və ona düzəliş edilmiş II Protokol”un minaların istifadəsini tənzimlədiyini qeyd edir. Bu sənəd minaların (həm piyada, həm də nəqliyyat vasitələri əleyhinə), mina tələləri və digər bəzi partlayıcı qurğuların istifadəsini qadağan edir və ya məhdudlaşdırır. Bu qaydaların pozulması Cenevrə Konvensiyasına əsasən müharibə cinayəti hesab edilir. Yazıda qeyd olunur ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsinə dair məsələdə Ermənistana təzyiq göstərməsi üçün davamlı olaraq çağırışlar edilməlidir.

“Beynəlxalq ictimaiyyət, heç şübhəsiz ki, minalanmış ərazilərin xəritələrini təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməlidir. Bu, Ermənistanın cəzalandırılması deyil, xalqlar arasında sülh və barışığın əldə olunmasına, eləcə də Cənubi Qafqazda sülhün bərqərar olunmasına dəyərli bir töhfə ola bilər. Bu, şübhəsiz ki, həm ermənilərin, həm də azərbaycanlıların maraqlarına cavab verir”, - deyə məqalənin sonunda vurğulanır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video