12 Mart 2020 16:53
3854
Səhiyyə
A- A+

Böyrəklər üçün profilaktika


Böyrəklər orqanizmdə əsas assenizator və filtrdir, qanda və toxumalarda yığılan zərərli maddələrin sidik vasitəsilə xaric olmasını təmin edir. Qarın boşluğunun arxa divarında bel nahiyəsində yerləşir. Hər böyrəyin basıq tərəfindən nazik sidik axarı çıxır.

Almaniya Təbiət Elmləri Akademiyasının üzvü, həkim-fitoterapevt Elnur Eldaroğlunun dediyinə görə, böyrəklər ət və digər zülali qidaların tez-tez və çox qəbul edilməsini "sevmirlər”: "Zülalların parçalanma məhsullarının böyrəklər vasitəsilə xaric olunması həmin orqanın xeyli dərəcədə yüklənməsinə səbəb olur. Ona görə də müəyyən ölçü daxilində balanslaşdırılmamış formada tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab edilir və son nəticədə zülal mübadiləsinin pozulmasına aparıb çıxarır. Böyrəklərin xaricdən xüsusi piyli kapsulla əhatə olunması onu zədə və soyuqdan qoruyur, təbii vəziyyətini saxlamağa kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq böyrəklər üçün zərərli hesab olunur”.

O, daha sonra deyib: "Duzlu qidaların həddindən artıq qəbul edilməsi orqanizmdə su-duz tarazlığının pozulması ilə nəticələnir. Lakin duzdan tam şəkildə imtina edilməsi də yolverilməzdir. Xörək duzu mütləq qida rasionunda olmalıdır. Adətən həmin norma gündəlik istifadə ediləndən üç dəfə az olur.

Yüngül sidikqovucu və sidik yollarına dezinfeksiyaedici təsir edən xiyar, balqabaq, cəfəri, şüyüd, kərəviz, itburnu, tozağacı şirəsi, çiyələk meyvəsi, çiyələk yarpağı və qarpız şirəsi kimi məhsullar böyrəklər üçün çox xeyirlidir. Onlar orqanizmi maye ilə təmin edir, qanı durulaşdırır, böyrəklərin filtrasiya qabiliyyətini yaxşılaşdırır, orqanizmi zərərli maddələrdən təmizləyir.

Böyrək xəstəliklərinin, o cümlədən böyrək daşı xəstəliyinin qarşısını almaq üçün gün ərzində qəbul edilən mayenin həcmi 2 litrdən az olmamalıdır. Həmin həcmdə mayenin qəbul edilməsi yalnız orqanizmdə gizli və ya aşkar ödemlər, böyrək və ya ürək çatışmazlığı olmadığı hallarda məqbuldur”.

"Susuzlama zamanı orqanizmdə su-duz mübadiləsi pozulur, qan qatılaşır və böyrəklərin onu zərərli maddələrdən təmizləməsi prosesi xeyli çətinləşir. Gün ərzində maye az-az və tez-tez qəbul edilməli, həkimin məsləhəti olmadan heç bir mineral su gün ərzində yarım litrdən artıq içilməməlidir. Həmin suların tərkibində duzların miqdarının normadan artıqlığı duz əmələ gəlməsinə səbəb ola bilər”, - deyə həkim-fitoterapevt söhbətini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video