13:34 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bosniya və Herseqovina humanitar yardıma görə Azərbaycana təşəkkür edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:30 20.07.2021

 

Bosniya və Herseqovina bu gün Azərbaycan tərəfindən bu ölkəyə çatdırılan 40 min doza “AstraZeneca” peyvəndinə görə ölkəmizə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, Sarayevo Beynəlxalq Hava Limanında humanitar yardımın təhvil verilməsi mərasimində Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinin katibi, bu ölkənin Azərbaycandakı sabiq səfiri Bakir Sadoviç və nazirliyin digər rəsmiləri iştirak ediblər.

B.Sadoviç humanitar yardıma görə ölkəsi adından dost Azərbaycana minnətdarlıq edib, bu addımın ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin, eləcə də müxtəlif sahələri əhatə edən əlaqələrin yüksələn xətlə inkişaf etməsinin təzahürü olduğunu bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq, iyulun 19-da Bosniya və Herseqovinaya koronavirusa qarşı 40 min doza peyvənd çatdırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM