15:15 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Bosniya qəssabı” həbsxanada qaldı

ANA SƏHİFƏ / DÜNYA
01:40 25.06.2021

 

Qərbdə “Bosniya qəssabı” ləqəbi ilə tanınan 79 yaşlı Ratko Mladiç keçmiş Yuqoslaviya ərazisində döyüş əməliyyatları bitdikdən sonra məhkəmə qarşısında dayanmış son müttəhimdir. Əsas mübarizə üç ən böyük qrup - Belqradın dəstəklədiyi Bosniya serbləri, Zaqrebin dəstəklədiyi Bosniya xorvatları və müxtəlif müsəlman ölkələrindən gəlmiş könüllülərin dəstəklədiyi Bosniya müsəlmanları arasında gedirdi.

Mladiç keçmiş Yuqoslaviya ərazisində millətlərarası münaqişənin gedişində müxtəlif hərbi cinayətlər, o cümlədən Bosniyanın Srebrenitsa şəhərində 8 mindən çox dinc müsəlmanın ölümü  ilə nəticələnmiş soyqırımı törətməkdə günahlandırılır. Məhkəmədə Mladiçin vəkilləri belə bir iddia irəli sürmüşdülər ki, “Bosniya qəssabı” Srebrenitsada müsəlmanların kütləvi qətlində şəxsən iştirak etməmişdir və ona görə də günahsızdır. Lakin məhkəmə  bu iddianı rədd etmişdir - guya əmrin özü yox, şəxsən iştirak cinayət törətmək üçün şərtdir. Məhkəmə Mladiçin Srebrenitsadakı hərəkətlərinin tamamilə “humanitar xarakter” daşıdıdığı və onun heç bir qırğın planlaşdırmadığı barədə iddialarını da rədd etmişdir. Mladiç əvvəllər bəyan edirdi ki, yalnız düşmən ordusuna qarşı hərbi əməliyyatlar aparmış, dinc əhaliyə qarşı vuruşmamışdır. Srebrenitsada törədilmiş cinayətlərə gəlincə, Mladiç iddia edirdi ki, yalnız mülki əhalini ərazidən çıxarmaq istəyirdi, onun rəhbərliyi altında heç bir qırğın törədilməmişdir.

Məhkəmə bütün bu dəlilləri inandırıcı hesab etməmişdir. Mladiçin hərəkətləri Bosniya ərazisində genişmiqyaslı soyqırımı həyata keçirmək üçün ümumi cinayət planının bir hissəsi idi. Müttəhim serb silahlılarının komandiri kimi Bosniyanın müsəlman əhalisinə qarşı çoxsaylı vəhşiliklər törətməkdə məşhurlaşmışdır. Mladiçin ordusu paytaxt Sarayevonu uzun illər mühasirədə saxlamış, şəhərin müxtəlif rayonlarını top atəşinə tutmuşdur.

Sarayevoda praktik olaraq bütün binalar Mladiçin artilleriyasının fəaliyyəti nəticəsində bu və ya digər dərəcədə ziyan çəkmişdir. Milli Kitabxana, bir çox xəstəxana və tibb kompleksləri, hökumət binaları, hərbi obyektlər, hətta BMT-nin obyektləri yandırılmışdır. Mühasirə zamanı əsasən snayper və topların atəşi ilə beş mindən çox dinc sakin öldürülmüşdür. Mladiç Sarayevo əhalisini qorxutmağa çalışsa da, əks effekt əldə etmişdir. Mühasirənin təxminən dörd il davam etməsinə baxmayaraq, zəif silahlanmış şəhər sakinləri cəsarət nümayiş etdirərək serblərin nizami ordusu qarşısında möhkəm dayanmışdılar. Srebrenitsa şəhərində qırğının təşkil edilməsi Mladiçin ən məşhur və qanlı cinayəti olaraq qalır. Məhz Srebrenitsa soyqırımı II Dünya müharibəsi başa çatdıqdan sonra Avropada mülki əhaliyə qarşı törədilmiş ən böyük cinayət sayılır.

Bosniya ərazisində törədilmiş müharibə cinayətlərinin bir çox iştirakçıları keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Məhkəmə tərəfindən artıq məhkum edilmişlər. Belə ki, Mladiçin Bosniya əhalisinə qarşı soyqırımı törətməkdə ortağı, Bosniya Serb Respublikasının eks-prezidenti Radovan Karaciç hələ 2016-cı ildə Bosniyada müsəlmanların kütləvi qırğınını təşkil etməkdə təqsirli bilinərək ömürlük həbs cəzası almışdır.

Sarayevoda Bosniya cəlladı barədə bu günlərdə çıxarılmış son məhkəmə hökmü coşqu ilə qarşılanmışdır. Bosniya paytaxtının meri Benyamin Kariç bunu Sarayevo, Bosniya və müharibənin bütün günahsız qurbanları üçün ədalət günü kimi qiymətləndirmişdir. Mladiçin törətdiyi cinayətlərdən bir çox zərərçəkənlər də hökmün çıxarılması prosesini real vaxt rejimində diqqətlə izləmişlər. Belə bir qərar onlar üçün prinsipcə mühümdür, çünki cəlladın ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirməsini təmin edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM