19:52 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Boris Kollar: Slovakiya Azərbaycanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verir
ANA SƏHİFƏ / PARLAMENT
22:00 08.10.2021

 

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyaya rəsmi səfəri çərçivəsində oktyabrın 8-də bu ölkənin Milli Şurasının sədri Boris Kollarla görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Slovakiya Milli Şurasının sədri Boris Kollar Azərbaycan Milli Məclisinin sədrini salamlayaraq, bu səfərin ölkələrimiz və parlamentlər arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, parlamentlərarası əlaqələrin daha da inkişafının hər iki tərəf üçün önəmindən danışıb.

Sahibə Qafarova bu səfərin Azərbaycan Respublikası Milli Məclisinin sədri səviyyəsində Slovakiyaya ilk səfər olduğunu qeyd edib. O, Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu söyləyib. Səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin ölkələrimiz arasında ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına yeni təkan verəcəyinə inandığını bildirib.

Milli Məclisin sədri Azərbaycanın enerji siyasəti haqqında danışaraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyi arxitekturasında oynadığı rolu xüsusi vurğulayıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından da önəmlidir.

Qırx dörd günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm Zəfər haqqında danışan S.Qafarova qeyd edib ki, bu Qələbə nəticəsində Azərbaycan 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyünü bərpa edib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücünə yerinə yetirib.

Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfindən törədilən təxribatlar regionda davamlı sülhün təmin olunmasına maneə törədir. O, Ermənistanın silahlı terrorçu dəstələri azad olunan ərazilərə göndərməsi, işğal altında saxladığı ərazilərdə bütün şəhərləri, kəndləri, tarixi və mədəni abidələrimizi, məscidlərimizi dağıtması, milli sərvətlərimizi talan etməsi barədə ətraflı danışıb. Deyib ki, 10 noyabr Bəyanatından bir ilə yaxın vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Onlar tərəfindən təqdim olunan bəzi xəritələrin dəqiqliyi isə yalnız 25 faizdir. S.Qafarova xüsusi vurğulayıb ki, bu günədək Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində 150 mülki vətəndaş və hərbçimiz həlak olub və ya ağır yaralanıb. Beləliklə, Ermənistan insanların həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratmağa davam edir. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlayıb.

Parlamentlərarası münasibətlərin hazırkı vəziyyəti haqqında da danışan Milli Məclisin sədri qeyd edib ki, qanunverici orqanlar arasında əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin təşkili Azərbaycan ilə Slovakiya arasında münasibətlərin inkişafına töhfə verir. İki ölkənin parlamentləri bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Lakin parlamentarilər tərəfindən qəbul olunan qərəzli qərarlar və səsləndirilən qeyri-obyektiv bəyanatlar ikitərəfli əlaqələrə kölgə sala bilər. Sahibə Qafarova, xüsusilə ötən ilin noyabrında və 2021-ci il aprelin 1-də Slovakiya Parlamentində qəbul edilən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamənin və “Dağlıq Qarabağ haqqında” adlı qərarın təəssüf doğurduğunu və qəbuledilməz olduğunu bildirib.

Gələn il Azərbaycanda Xocalı soyqırımının 30-cu ildönümünün olacağını diqqətə çatdıran Milli Məclisin sədri xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində soyqırımı törədərək, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfəri qətlə yetirib, 76-sı uşaq olmaqla, 487 nəfər ağır yaralanıb. Həmçinin 8 ailə tamamilə məhv edilib. Bu insanlar yalnız etnik mənsubiyyətinə görə öldürülüb və işgəncəyə məruz qalıblar. Artıq bir sıra ölkələrin parlamentləri və bəzi beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı törədilmiş bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul olunduğunu xatırladan S.Qafarova ümidvar olduğunu bildirib ki, slovakiyalı parlamentarilər də bu qətliamı tanımaq üçün prosesə başlayacaqlar.

Görüşdə Milli Məclisin komitə sədri Zahid Oruc və Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov çıxış edərək iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolu, qanunverici orqanlar arasında əməkdaşlığın inkişafının əhəmiyyəti barədə fikirlərini bildiriblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM