24 Iyun 2021 17:48
703
SİYASƏT
A- A+

BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti Bakıdakı erməni kilsəsində olub  

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Anxel Moratinos ölkəmizdə səfərdədir. Bakıda bir sıra görüşlər keçirən nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edərək, ermənilərin işğal dövründə törətdiyi vandalizmlə yerində tanış olub. Nümayəndə heyəti səfər çərçivəsində Bakıdakı Müqəddəs Qriqori erməni kilsəsinə də baş çəkib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara kilsə haqqında məlumat verilib. Bildirilib ki, tolerantlığın yüksək səviyyədə təmin olunduğu Azərbaycanda heç bir ayrı-seçkilik qoyulmadan bütün dini abidələr və ibadət yerləri dövlət tərəfindən qorunur.

Qeyd olunub ki, kilsədə erməni dilində kitablar qorunub saxlanılır. Kitabların arasında bir neçə yüzillik tarixi olan nadir Bibliya nüsxələri də var. Burada saxlanılan kitabların tədqiqat üçün istifadəyə açıq olduğu da diqqətə çatdırılıb.

Vurğulanıb ki, Ermənistan öz ərazisində, eyni zamanda otuz ilə yaxın işğal altında saxladığı Azərbaycan torpaqlarında xalqımıza məxsus bütün tarixi, mədəni abidələri, o cümlədən 60-dan çox məscidi dağıdıb, talan edib, bir çox məscid binalarında heyvan saxlanılıb. İşğalçılar bununla təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə İslam sivilizasiyasına, dini dəyərlərə barbar münasibətlərini nümayiş etdiriblər.

Ermənistandan fərqli olaraq, Azərbaycan həmişə bütün dinlərə və mədəniyyətlərə tolerant münasibət göstərib. Bakının mərkəzindəki erməni kilsəsinə münasibət də buna nümunədir. Diqqətə çatdırılıb ki, kilsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.

Sonra qonaqlar işğaldan azad olunan ərazilərdə Ermənistanın otuz il ərzində məscid binalarına qarşı həyata keçirdiyi barbarlığı əks etdirən fotolardan ibarət sərgiyə baxıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video