13 Avqust 2021 17:59
733
DÜNYA
A- A+

BMT kömür və qaz elektrik stansiyalarını bağlamağa çağırır

 

Yaxın 4 il ərzində dünyada istixana qazlarının tullantıları pik həddə çatacaq. Qlobal istiləşməni Selsi üzrə 1,5 dərəcə hüdudlarında saxlamaq üçün 10 il ərzində kömür və qaz elektrik stansiyalarını dayandırmaq lazımdır. 
“The Guardian” qəzetinin yazdığına görə, BMT-nin iqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun hesabatının üçüncü hissəsində bu qənaətə gəlinmişdir. Hesabatın birinci hissəsi avqustun 9-da işıq üzü görmüşdür. Üçüncü hissə isə 2022-ci ilin martında açıqlanmalı idi. Lakin tədqiqatın nəticələrinin təhrif olunmaması üçün onun qaralaması daha tez dərc olunmuşdur.
Elektrik stansiyalarının dayandırılmasından əlavə, mütəxəssislər hava daşımalarının azaldılması və digər tədbirlərin həyata keçirilməsini də labüd hesab edirlər.
Hesabat müəllifləri həmçinin bildirirlər ki, böhranın qarşısını almaq üçün planetin atmosferindən karbon qazının çıxarılması texnologiyaları işlənməlidir. 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video