19:44 21 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

BMT: Əfqanıstanda dönüş anıdır
ANA SƏHİFƏ / DÜNYA
16:11 12.10.2021

 

Əfqanıstanda dönüş anı çatıb və beynəlxalq birlik bu ölkənin iqtisadi və humanitar böhranla üzləşməməsi üçün əlindən gələni etməlidir. Belə ki, Əfqanıstanda baş verəcək böhran bütün dünya üçün mənfi fəsadlara səbəb olacaq. Bu barədə BMT-nin Baş katibi Antoniu Quterriş bildirmişdir. Təşkilatın mətbuat xidmətinin verdiyi məlumata görə, o demişdir: “Əfqanıstanda humanitar böhran artır və təxminən 18 milyon adamın həyatına təsir edir. Bu isə ölkə əhalisinin təqribən yarısıdır. Maliyyə vəsaiti, logistik problemlər və mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, biz bu ölkədə böyük miqyaslı humanitar əməliyyat keçirməyi davam etdiririk. Mən əksəriyyətinin yerli vətəndaşlar təşkil etdiyi həmkarlarımızın fəaliyyətindən qürur duyuram”.

Quterriş bildirmişdir ki, təkcə sentyabr ayında BMT 3,8 milyondan çox əfqanıstanlı üçün humanitar yardım göndərmişdir. 450 min nəfər təxirəsalınmaz tibbi yardım almışdır. Quraqlıqdan əziyyət çəkmiş 186 min nəfər su ilə təmin olunmuşdur.

BMT başçısının məlumatına əsasən, ötən həftə Ümumdünya Ərzaq Proqramının təmsilçiləri Kabildə, Heratda, Məzari-Şərifdə və Qəndəharda ərzaq yardımı paylamışdır. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları ölkəyə çoxlu sayda  dərman preparatları və tibbi cihazlar gətirmiş, habelə COVID-19-un müəyyənləşdirilməsi və müalicəsi üçün iki yeni laboratoriya açmışlar.

BMT həmçinin 36 min məcburi köçkünü və əhalinin aztəminatlı təbəqəsinin nümayəndələrini ilkin tələbat ərzaqları və nağd pulla təmin etmişdir. Əfqanıstanlı fermerlər heyvanları üçün 870 tondan çox yem almışlar.

Quterrişin qeyd etdiyi kimi, humanitar yardım hər gün insanların həyatını xilas edir, lakin Əfqanıstan iqtisadiyyatı çöksə, bu yardım faydasız ola bilər. Əfqanıstanın xaricdəki aktivləri hələ də dondurulmuş vəziyyətdədir. İqtisadi inkişaf məqsədilə ilə edilən yardım isə dayandırılıb. Əfqanıstan iqtisadiyyatını canlandırmağın üsulu tapılmalıdır. Bunu beynəlxalq qanunuvericiliyi pozmadan etmək olar.

BMT Baş katibinin dediyinə görə, elə şərait yaradılmalıdır ki, əfqanıstanlı mütəxəssislər və dövlət qulluqçuları xalqın rifahı üçün işləməyi davam etdirsinlər: “Mən Əfqanıstanda iqtisadi iflasa yol verməmək üçün bütün dünyanı əlindən gələni etməyə çağırıram”.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM