18 Oktyabr 2011 03:10
467
Mədəniyyət
A- A+

«Biz müstəqilliklə həmyaşıdıq» adlı sərgi açılmışdır

 

Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Biz müstəqilliklə həmyaşıdıq" adlı sərgi açılmışdır.

AzərTAc xəbər verir ki, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tələbələrinin və respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvü olan paytaxt məktəbləri şagirdlərinin  50 rəsm, qrafika və heykəltəraşlıq əsəri nümayiş olunur.

Sərginin açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası A.Bakıxanov adına Tarix İnstitutu direktorunun müavini Cəbi Bəhramov çıxış edərək müstəqillik dövründə gənclərimizə göstərilən dövlət qayğısından danışmışdır. Bildirilmişdir ki, sərgi üçün əsərlər bu ilin mayından başlayaraq  qəbul olunmuşdur.

Əsasən 20 yaşınadək müəlliflərin əsərləri içərisindən seçilmiş ekspozisiyada dövlət müstəqilliyimizi əks etdirən tablolar, ulu öndər Heydər Əliyevə həsr olunmuş rəsm və əl işləri maraqla qarşılanmışdır.

Sərginin açılış mərasimində Ali Hərbi Dənizçilik Məktəbinin kursantları, Daxili Qoşunların əsgərləri, Nərimanov rayonundakı 45 nömrəli orta məktəbin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Sərgi  oktyabrın 30-dək davam edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video