10:35 11 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
00:55 11.04.2021

Zamanın bayraqdarı


00:37 11.04.2021

Xalqın sevdiyi rəhbər


00:33 11.04.2021

Qürur doğuran 3 il


00:23 11.04.2021

Uğurlarımızın memarı


00:22 11.04.2021

Zəfər sərkərdəsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik”

ANA SƏHİFƏ / SİYASƏT
00:52 01.04.2021

 

İlham Əliyevin bu bəyanatı həm də beynəlxalq aləmə Azərbaycan dövlətinin gücü və qüdrəti haqqında ünvanlanan mesajdır

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında qalmış ərazilərimizi azad etməsi ilə bütün dünya erməni faşizminin törətdiyi vəhşiliyin şahidi oldu.

Özünü “mədəni” və “qədim” xalq kimi təqdim edən millətin nəyə qadir olduğunu hamı bir daha gördü. Hətta illərlə erməni işğalına göz yumanlar həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.

Mübaliğəsiz demək olar ki, istər müharibə dövründə, istərsə də sonra Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Dövlət başçısı mütəmadi olaraq işğaldan azad olunmuş bölgələrə səfərlərə gedir, müxtəlif infrastruktur obyektlərinin təməlqoyma mərasimlərində iştirak edir, həyata keçirilən layihələrin icrasını şəxsi nəzarətində  saxlayır. Ən mühüm məsələlərdən biri də odur ki, dövlət başçısı səfərləri zamanı erməni vəhşiliyinin iç üzünü açıb dünyaya göstərir. Prezidentin səsləndirdiyi bəyanatlar həm də xarici ölkələrə verilən mesajdır. Axı ermənipərəst dairələr hələ də müxtəlif bəhanələrlə yenidən status məsələsini gündəmə gətirməyə çalışırlar. Dövlət başçısının “status cəhənnəmə getdi” deməsi isə belə çağırışlara tutarlı cavabdır.

Prezident İlham Əliyevin işğaldan sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə böyük əhəmiyyət verməsi də təsdadüfi deyil. Dövlət başçısı xarici şirkətləri də bu prosesə cəlb etməklə məsələni siyasi müstəvidən iqtisadi müstəviyə keçirməyi qarşıya məqsəd qoyub. Biz bu günlər Prezidentin Azərbaycan qazının dünya bazarına çıxarılması ilə bağlı apardığı siyasətin şahidi olduq. Dövlət başçısı həmin layihələri həyata keçirərkən iqtisadi amilləri önə çəkərək siyasi maraqları da peşəkarcasına təmin etmişdir.

İndi də işğaldan azad edilən ərazilərin bərpası zamanı sınaqdan uğurla çıxan bu siyasətdən istifadə olunur. Zəngəzur dəhlizinin bərpası Azərbaycanla yanaşı, Rusiya, İran və Türkiyənin də ciddi maraqları çərçivəsindədir. Ermənilər də bunu bildiyi üçün həmin layihənin icrasına müxtəlif bəhanələrlə mane olmaq istəyirlər. Prezident İlham Əliyev bu barədə danışarkən bildirib ki, biz Ermənistanı buna məcbur edəcəyik. Artıq həmin layihənin icrasına ölkəmizlə bərabər Rusiya və İran da qoşularaq Ermənistandan bunu tələb edir.

Çünki müharibənin bitməsi regionda yeni reallıqlar yaradıb və qonşu ölkələrimiz iqtisadi əlaqələrinin genişləndirilməsində maraqlıdır.

Prezident İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı bölgələrdə həyata keçirilən infrastruktur layihələrin əhəmiyyətini vurğulayaraq demişdir: “Yenə işğaldan azad edilmiş torpaqlardayam. Bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam. Bu avtomobil yolunun inşası işğaldan azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpasına başlanmışdır. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Eyni zamanda Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlanmışdır”.

Dövlət başçısı tarixi qələbəmizə kölgə salmaq, onun miqyasını kiçiltmək istəyənlərə da tutarlı cavab  verir. Belə ki, müharibə nəticəsində təkcə 7 rayonumuz işğaldan azad edilməyib, ordumuzun qələbəsi sayəsində keçmiş vilayətin xeyli ərazisi də düşmən işğalından azad olunub və bu yerlərə  özümüzdən başqa heç  kim  sahib çıxa bilməz. Prezident İlham Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldıraraq demişdir: “Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq. Bütün dağıdılmış şəhərləri, kəndləri yenidən quracağıq, həyat qayıdacaq, insanlar qayıdacaq və biz bütün dünyaya bir daha xalqımızın böyüklüyünü göstərəcəyik. Xocavənd bizimdir, Qarabağ Azərbaycandır!”

 

Rüstəm KAMAL,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM