03:02 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Birləşib virusa qalib gələ bilərik

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:28 02.09.2021

 

Ötən sutka ərzində dünyada 607 min 337 nəfər yeni koronavirusa yoluxub, 8 min 925 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 218 milyon 511 min 764, ölənlər isə 4 milyon 532 min 509 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (40,1 milyon), Hindistan (32,8 milyon), Braziliya (20,7 milyon), Rusiya (6,9 milyon), Böyük Britaniya (6,7 milyon), Fransa (6,7 milyon) və Türkiyədə (6,3 milyon) qeydə alınıb.

Virus Azərbaycanda da insanları yoluxdurmaqda davam edir. Bununla belə, hələ də aramızda bu virusa inamsızlıq göstərən, yoluxmayacağını zənn edən məsuliyyətsiz  insanlar da var.

 

Sonrakı peşmançılıq fayda vermir

 

Belə insanlarla hər gün ictimai nəqliyyatda, bazarda, marketlərdə, məhəllədə, həyətda rastlaşırıq. “Boş söhbətdi”, “virus-filan yoxdur”, yaxud “mən niyə yoluxmuram?” kimi fikirlər söyləyənlər, əslində, ciddi məsuliyyət daşıdıqlarının fərqində deyillər. Axı bu, həm də cinayət əməlidir. Bir də onun fərqində deyillər ki, belə məsuliyyətsizliklə, ilk növbədə, ailələrini, övladlarını təhlükə qarşısında qoyurlar. Gərək, hökmən əzizlərimizdən, doğmalarımızdan kimsə yoluxsun, kimisə itirək, sonra inanaq? Sonrakı peşmançılıq fayda vermir. Qoyulan qaydalara əməl etməklə, ictimai məsuliyyətimizi anlamaqla fayda görə bilərik.

Elə adamlara rast gəlirik ki, COVID-19-u heçə sayıb məsuliyyətsizcəsinə maskanı endirib çənəsində saxlayır, yalnız polis görəndə ağız-burnunu örtür. Yəni hələ də maskadan həm qorunmaq, həm də ictimai məsuliyyət daşımaq üçün yox, məsuliyyətə cəlb olunmamaq üçün istifadə edənlər var. Hələ də ictimai yerlərdə maska taxan, özünü və başqalarını qorumağa çalışan insanlara istehza edən, bəzən hətta ələ salıb gülənlərlə də rastlaşırıq.

Bu günlərdə Almaniyada yaşayan azərbaycanlı həkim virusla bağlı son durumdan danışırdı. Dediyinə görə, peyvənd olunmağın sayəsində insanlar bu bəladan xilas ola bilirlər. Almaniyada peyvənd olunmuş insanlar əsasən virusa yoluxmurlar, yoluxduqları təqdirdə isə yüngül keçirirlər. Həkimin dediyinə görə, ikinci doza peyvənddən iki həftə keçəndən sonra həmin adamın yoluxma faizi sıfra bərabərdir.

Azərbaycanda peyvəndlənməyə start veriləndən xeyli vaxt keçib. Dövlət vaxtında bu qərarı verib, bəzi insanlar isə peyvənd olunmağa tərəddüd etdiklərindən hələ də yoluxma sayı yüksək olaraq qalır.

Düzdür, qonşu dövlətlərə nisbətdə Azərbaycanda bu statistika o qədər də qorxulu  deyil, amma peyvəndlənməyə vaxtında getsəydik, bu qədər də olmazdı. Almaniyalı həkimin də fikrindən belə çıxır ki, iki doza peyvəndi vurdurduqdan və ondan iki həftə keçdikdən sonra yoluxma ehtimalı azalır. Bu hesabla insanlar daha tez peyvənd olunsalar, bir o qədər də virusdan tez qurtula bilərlər.

 

Çalışaq ki, qələbə bizim olsun

 

Bu il sentyabrın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.

Həmçinin həmin tarixdən ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Onu da qeyd edək ki, müəssisə və qurumlar COVID-19 pasportlarının yoxlanılması üçün istifadə edəcəkləri mobil tətbiqi icazə.e-gov.az portalından endirə bilərlər. Vətəndaşlar isə COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarını əldə etmək üçün “myGov” mobil tətbiqini yükləyə bilərlər.

Bu məsələdə ictimai qınaq mexanizmi də keçərli vasitədir. Qonşuda, qohumda, ictimai nəqliyyatda, bazarda, marketdə - harada belə insanlar görsək, çalışaq ki, onların maariflənməsinə nail olaq. Misallarla, faktlarla izah etməyə çalışaq ki, virusdan qorunmaq həm də onun əzizlərini, ailəsini vaxtsız ölümün pəncəsindən almaq deməkdir. Peyvənd olunmaqla, qoyulan qaydalara əməl etməklə hamılıqla bu bəladan xilas ola bilərik. Məsuliyyətsiz fikir söyləyib insanları çaşdıran adamları öz içimizdə tərbiyələndirməklə cəmiyyətin sağlamlaşmasına xidmət etmiş olarıq.

Bu günlər poliklinikalarda sözün əsl mənasında iynə atsan, yerə düşməz. Amma orada da maska taxmayan, məsafə gözləməyən, növbəsindən qabağa keçmək istəyən adamlara rast gəlinir. Təəssüf ki, tibb personalı arasında da onlara rəvac verənlər tapılır, süni növbələr yaradılır. Bütün bunlarla yalnız özümüzə zərbə vurur, həyatımızı çətinləşdiririk. Virusa yoluxma halının artmasına şərait yaradırıq. Bunların da qarşısını ictimai qınaqla, nəyi düzgün etmədiyimizi izah etməklə almaq olar.   Yetər ki, hər kəs dövləti, xalqı, ailəsi, övladı qarşısında məsuliyyətini dərk etsin.

Qarşıdan yeni dərs ili gəlir. Ali və orta məktəblər qapılarını tələbə və şagirdlərin üzünə açacaq. Əgər yoluxma sayı yüksələrsə, məktəblərin açılıb-açılmaması da sual altında olacaq. Övladlarımız təhsildən qalmasınlar, gələcəyimiz təhlükə altına düşməsin deyə, daha məsuliyyətli davranaq, peyvənd olunaq, qaydalara əməl edək, birlikdə virusa qalib gələk. 44 günlük Vətən müharibəsində “Biz birlikdə güclüyük!” şüarı çox köməyimizə gəldi. Bu gün virus adlı düşmənə də birlikdə qalib gəlməyimiz üçün peyvənd olunaq. Məsuliyyətimizi dərk edək ki, sonda qələbə bizim olsun.

 

Ramilə QURBANLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM