26 Avqust 2019 21:23
2179
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva Şeyxülislam Allahşükür Paşazadəni təbrik edib


Allahşükür Paşazadə mənalı ömrünü İslam dininin əsl mahiyyətinin təbliği və təşviqinə, Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasına həsr etmiş görkəmli din xadimidir


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edib.

AZƏRTAC xəbər verir ki, Mehriban Əliyeva Allahşükür Paşazadəni mənalı ömrünü İslam dininin əsl mahiyyətinin təbliği və təşviqinə, Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasına həsr etmiş görkəmli din xadimi kimi səciyyələndirib. Qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadə bütün dinlərin əsasını təşkil edən sülhsevərlik, dözümlülük, dinc birgəyaşayış, bərabərlik, qardaşlıq, humanizm kimi dəyərlərin qorunub saxlanılması və cəmiyyətimizdə əsrlərlə mövcud olan tolerantlıq ənənələrinə xalqımızın sadiqliyinin təmin olunması istiqamətində uzun illərdir uğurla fəaliyyət göstərir.

Təbrikdə deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi sədrinin ölkəmizdə ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi, Azərbaycanın dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması kimi xoşməramlı niyyətlərə xidmət edən məqsədyönlü işlərə, xalqlar və dinlərarası dialoqun genişləndirilməsinə verdiyi əvəzsiz töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. Fəaliyyətinin ayrı-ayrı illərində müxtəlif mükafatlara, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 avqust tarixli Sərəncamı ilə ölkəmizin ən yüksək dövlət təltifi olan "Heydər Əliyev” ordeninə layiq görülməsi bunun bariz nümunəsidir.

Birinci vitse-prezident Mehriban Əliyeva Şeyxülislam Allahşükür Paşazadəyə cansağlığı, firavanlıq, xoşbəxtlik, bütün işlərində və təşəbbüslərində uğurlar arzulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video