24 Noyabr 2019 23:43
3379
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olub


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri çərçivəsində Dövlət Tretyakov Qalereyasında olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hazırda davam edən 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış olublar.

Birinci vitse-prezident Mehriban Əliyevanı Dövlət Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova və Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin kuratoru Yuliya Muzıkantskaya qarşıladılar.

Tretyakov Qalereyasının direktoru Zelfira Trequlova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya qalereyada davam edən 8-ci Beynəlxalq Müasir İncəsənət Biennalesi haqqında məlumat verdi.

Biennaledə Rusiya, Avstriya, Bəhreyn, Almaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Almaniya, Çin, Niderland, ABŞ, Fransa rəssamları iştirak edirlər. Biennalenin əsas layihəsinin kuratoru Moskvadakı "Federasiya” və "Moskva-Siti” komplekslərinin müəllifi Dmitri Çernyakovdur. Müəllif bir neçə pavilyonda müxtəlif mövzu və janrları kiçik kapsullarda və evlərdə ümumi dialoqda birləşdirib. Bütün bu müxtəlifliyi bir-biri ilə uzlaşdırmaq asan olmadığından sərgi "Məkan oriyentasiyası” adlandırılıb. "Məkan oriyentasiyası” mövzusuna həsr olunan Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Birinci vitse-prezident Mehriban Əliyeva ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun "Estetikanın saxlanması ideyası” və Leyla Əliyevanın "Əbədiyyət” multimedia installyasiyaları ilə tanış oldu.

Orxan Məmmədovun təqdim etdiyi installyasiyada müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin videoart janrında hazırladığı "Əbədiyyət” əsərində insan cəsarətindən söhbət açılır.

Qeyd olundu ki, Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video