22 Aprel 2012 12:04
442
Oxucu məktubları
A- A+

Bir saatlıq yolu indi 15 dəqiqəyə gedirik

 

Bizim kənd Tərtər rayonunun ən ucqar yaşayış məntəqələrindən biridir. Əvvəllər rayon mərkəzinə, eləcə də qonşu Bərdə şəhərinə getmək üçün bir saatdan çox vaxt itirirdik. Çala-çökək yollarda maşınlarımız da tez-tez xarab olub sıradan çıxırdı. Bu yolları qışda palçıqdan, yayda tozdan gedib-gəlmək daha müşkül idi. Respublika Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla ayrılan vəsait hesabına kəndimizi rayon mərkəzi ilə birləşdirən yol əsaslı şəkildə yenidən qurulmuşdur. Bizi rahatlığa qovuşduran yeni yol öz yüksək keyfiyyəti ilə də fərqlənir. Əvvəllər bir saata getdiyimiz məsafəni indi 15 dəqiqəyə gedirik. Uzunluğu 19,5 kilometr olan bu yol 9 min əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirir.

Kəndimizin sakinləri dövlətimizin bizi rahatlığa qovuşduran bu əvəzsiz qayğısından hədsiz dərəcədə razı qalıblar.

Bu yolun çəkilişində zəhməti olan hər kəsə "sağ olun" deyirik və minnətdarlığımızı bildiririk.

 

Elxan HƏSƏNOV,

Poladlı kənd orta məktəbinin müəllimi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video