Bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ailə üzvlərinə mənzillərin sənədləri təqdim edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib.
DOST Agentliyində keçirilən tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il 44 günlük Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi Zəfərdən bəhs edib.
Nazir müavini 26 noyabr 2020-ci il tarixli qanunla təsis edilən “Vətən Müharibəsi Qəhrəmanı” adının ölkəmizin ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunduğunu deyib. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə bir qrup hərbi qulluqçuya “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini, 30 dekabr 2020-ci il tarixli fərmanla isə onlara Prezidentin təqaüdünün (aylıq məbləği 2 000 manat) təsis edildiyini bildirib.
A.Kərimov bildirib ki, bu yüksək qayğının davamı olaraq, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” sərəncamına əsasən, bu kateqoriyadan olan şəxslərin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanıb. Bu gün həmin vətəndaşlardan daha bir qrupu mənzillə təmin edilir. Qeyd edilib ki, dövlət başçısının 25 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-2025-ci illərdə şəhid ailələri və müharibə əlillərinə mərhələli şəkildə 11 min mənzil və fərdi ev təqdim edilməsi nəzərdə tutulub. O cümlədən 2021-ci ildə onlara 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da qeyd olunan şəxslərin mənzil və fərdi evlə təminatı proqramının 2021-ci ildə 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir. 2021-ci il üzrə artıq 1600, ümumən ötən dövrdə 11 minə yaxın mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Həmçinin bu il daha 100 avtomobil, indiyədək 7300-dək avtomobil müharibə əlillərinə verilib.
Vətən Müharibəsi qəhrəmanları və ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş hərbi qulluqçuların ailə üzvləri dövlət başçısı tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunmalarından razılıq hisslərini ifadə ediblər. Onlar göstərilən hərtərəfli qayğıya, bu gün yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Milli kökə bağlı yazıçı
19 Mart
Dağların
19 Mart
Saz-söz bayramı
19 Mart
Baharın gəlişi, təbiətin oyanışı
19 Mart
İlaxır çərşənbə
19 Mart
Dövlətçilik sisteminə milli dəyərlər kontekstindən strateji baxış
19 Mart
İqtisadi inkişafımızın yeni dayaq nöqtəsi - Qarabağ və Şərqi Zəngəzur
19 Mart
Fransanın avantüraları Ermənistanı fəlakətlərə düçar edə bilər
19 Mart
Azərbaycan-Gürcüstan münasibətləri yeni inkişaf mərhələsindədir
19 Mart
Yaxın qonşu, sınanmış dost, etibarlı tərəfdaş
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!