06:07 29 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
01:04 29.07.2021

Möhtəşəm ittifaq


00:52 29.07.2021

“Adını mən verdim...”


00:49 29.07.2021

Fitnəkarlıq çox çəkməz


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bir dövr də bitir...

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
01:33 19.06.2021

 

“Microsoft” şirkəti 1995-ci ildə istifadəyə verilən ilk brauzerin “İnternet Explorer”in şəbəkədən çıxarılacağını rəsmi olaraq elan edib.

Şirkətin meneceri Sin Lindersey açıqlamasında 2022-ci il iyunun 15-də onun tamamilə Microsoft Edge ilə əvəz ediləcəyini bildirib. “Microsoft Edge” ilk dəfə 29 iyul 2015-ci ildə istifadəçilərə təqdim edilib.

Xatırladaq  ki, 2021-ci ilin aprelindən etibarən “Google Chrome” platforması  dünya internet brauzerləri bazarında 65 faizlə birinci yerdədir.  Sonrakı yerlərdə isə “Apple Safari”, “Firefox”, “Microsoft Edge”, “Samsung İnternet” və “Opera” qərarlaşıblar.

 2009-cu ildə dünya üzrə 62 faizlik göstərici ilə  bazara hakim olan “İnternet Explorer”dən istifadə artıq 1 faizdən də aşağıdır. Ötən dövrdə “Google Chrome”-dan istifadə isə dünya üzrə 2 faizdən 65 faizə yüksəlib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM