13:09 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Bir addım» qısametrajlı bədii film beynəlxalq kinofestivalda Azərbaycanı təmsil edəcəkdir
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:12 10.12.2011

 

MDB Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondu Qırğız Respublikasının "Aytış" İctimai Fondu ilə birgə dekabrın 12-dən 15-dək Bişkekdə MDB, Baltik respublikaları və Gürcüstan kinematoqrafçılarının iştirakı ilə "Qırğız Respublikası -qısametrajlı filmlər ölkəsi" adlı beynəlxalq kinofestivalı keçirəcəkdir.

Beynəlxalq festival Bişkekdəki "Manas" kinoteatrında təşkil olunacaqdır.

Festivalın münsiflər heyəti hər ölkədən bir film olmaqla baxış üçün on film seçmişdir.

Azərbaycan bu festivalda "İmper Qrup" prodüser mərkəzinin istehsal etdiyi "Bir addım" qısametrajlı bədii filmlə təmsil olunacaqdır.

Filmin rejissorları Nərgiz Bağırzadə və Fariz Əhmədovdur.

"Bir addım" filmi 20-dən artıq ölkədə keçirilən beynəlxalq festivalın müsabiqə bölməsində Azərbaycanı uğurla təmsil edərək müxtəlif mükafat və diplomlara layiq görülmüşdür.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM