11 Mart 2012 03:03
558
Oxucu məktubları
A- A+

Bina gözəldir, di gəl ki, həkim çatışmır

 

Ölkə həyatının hər sahəsində olduğu kimi, səhiyyə sistemində də böyük islahatlar aparılır, yeni tibb ocaqları, müasir müalicə-diaqnostika mərkəzləri tikilir.

Dövlət başçısının qayğı və köməyi ilə Göygöl rayonunda da 151 çarpayılıq xəstəxana binası tikilib istifadəyə verilmiş, müasir texnika və avadanlıqla təchiz edilmişdir. Elə buna görə də əhaliyə xidmətin səviyyəsi günü-gündən yüksəlir. İnam və etibar çoxaldıqca həkimlərə müraciət edənlərin sayı getdikcə artır. Müalicə işi müasir tələblərə uyğun qurulur. Rayonda yoluxucu xəstəliklər, xüsusən qarayara, qızılca, suçiçəyi, qarın yatalağı kimi yoluxucu xəstəliklər qeydə alınmamışdır. Bununla yanaşı, işimizdə çətinlik yaradan bir sıra amillər də vardır. Bina gözəl olsa da, rayon üzrə 25 nəfər həkim çatışmır. Xüsusən ailə həkimi, pediatr, rentgenoloq və reanimatorlara ehtiyac böyükdür. Topalhəsənli, Qızılca, Aşıqlı, Mollacəlilli, Üçtəpə kənd həkim məntəqələrində ailə həkimi yerləri boşdur, Çaykənd sahə xəstəxanasında dörd nəfər həkim çatışmır. Bəhrəmbağ, Haçaqaya, Pənahlılar tibb məntəqələrinin feldşer yerləri vakantdır.

Kənd sahə xəstəxanalarında əhaliyə göstərilən tibbi yardımı daha da yaxşılaşdırmaq üçün yardımçı müayinə-laborator metodları və rentgen müayinələri sistemi yoxdur. Mövcud çatışmazlıqlar heç şübhəsiz ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinə öz mənfi təsirini göstərir.

Ölkəmizdə səhiyyənin inkişafına, əhaliyə tibbi xidmətin daha da yaxşılaşdırılmasına xüsusi qayğı və diqqət göstərildiyi bir dövrdə əminik ki,  gənc həkimlər də böyük şəhərlərdə iş axtarmaqdansa, rayonlarda onların yolunu gözləyən yeni iş yerlərinə üz tutacaqlar.

 

Hamlet ÖMƏROV,

Göygöl mərkəzi rayon xəstəxanasının baş həkimi, əməkdar həkim

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video