11 Iyun 2021 02:35
1183
İDMAN
A- A+

Biliç: “Türkiyə 2002-ci ildəki komandaya bənzədilir”

 

Xorvatiya millisinin sabiq baş məşqçisi Slaven Biliç “Avro-2020”nin iştirakçısı olan Türkiyə komandası barədə fikirlərini bildirib. O, “Fanatik” qəzetinə müsahibəsində “ay-ulduzlular” haqda müsbət fikirlər səsləndirib. Biliç deyib: “Türkiyənin qrupu barədə fikir söyləmək istəmirəm. Hər qrup və matç çox önəmlidir. Türkiyənin oyunçuları həqiqətən böyük futbolçulardır. Əksəriyyəti xaricdə çıxış edir. Eyni zamanda gənc futbolçuları var. Heyətdə Burakla yanaşı, Çağlar, Ozan Kabak, Merih Demiral, Hakan Çalhanoğlu, Zeki Çelik ve Okay Yokuşlu kimi önəmli futbolçular yer alıb”.

Biliç bildirib ki, hazırkı Türkiyə millisinə qarşı oynamaq əvvəlkilərlə müqayisədə daha çətindir: “Komandaya Şenol Günəş kimi çox təcrübəli məşqçi rəhbərlik edir. Qarşımda enerjisi və motivasiyası yüksək, uğura ac olan və onu qazanmağa köklənən bir komanda görürəm. Türkiyədəki futbol iqliminə bələd biri kimi qeyd edim ki, insanlar tez-tez bu komandanı 2002-ci ildəkinə bənzədirlər”.

Xorvatiyalı çalışdırıcının sözlərinə görə, hazırkı millidə böyük klublarda oynayan daha çox oyunçu yer alıb: “Lester”də Çağlar, “Liverpul”da Ozan, “Milan”da Hakan, çempion olan “Lill”də Burak, Zeki və Yusuf kimi adlar var. Türkiyəyə qarşı məşqçi və futbolçu kimi bir neçə dəfə rəqib olmuşam. Mənim vaxtımda “Beşiktaş”, “Qalatasaray” və “Fənərbaxça”da oynayanlar Türkiyə millisində rahatlıqla start heyətə düşürdü. Ancaq indi belə bir şey yoxdur. Üç böyük klubda oynasalar da, milliyə düşmək kimi təminatları yoxdur”.

S.Biliç 35 yaşlı Burak Yılmaz barədə də müsbət sözlər deyib: “Daha əvvəl Atiba Xatçinson barədə dediyim əfsanə, əsl idmançı və nümunəvi peşəkar sözləri Burak Yılmaza da aiddir. O, istəsəydi, Türkiyədə rahat bir həyatı seçər və yaxşı pul qazanardı. Ancaq əksini etdi, Fransada “Lill” klubuna keçdi. Karyerasında bir çox çempionluğa baxmayaraq, oradakı gənc futbolçularla birincilik savaşına girdi, PSJ kimi nəhəngin çıxış etdiyi liqada tarixi uğurun memarlarından oldu. Burak da Atiba kimi əsl idmançıdır. Bəzən 20 yaşındakı futbolçuların oyuna olan aclığı yoxa çıxır. Burak Yılmaz isə bu məsələdə mükəmməl bir örnəkdir. 35 yaşda olmasına baxmayaraq, hələ də çox istəklidir. İnanıram ki, “Avro-2020”də ölkəsi üçün mühüm işlər görəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video