20:22 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Biləsuvarlı fermerlərin yaz qayğıları

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:36 13.04.2021

 

Yurdumuza bahar gəlib. Təbiət yaşıl xalısını çöllərə, düzlərə, dağların döşünə, yamaclara sərir. Alça, şaftalı, badam gəlin köçürmüş kimi ağ, bənövşəyi duvağa bürünür. Dağ çaylarının, şəlalələrin şırhaşırı quşların cəhcəhinə qarışaraq möhtəşəm bir əsər - bahar simfoniyası yaradır.

Qədim Muğanın bir parçası olan Biləsuvarda dağlar, şəlalələr olmasa da, burada da baharın gəlişi, ana təbiətin oyanışı hər yerdə görünür, hiss olunur. Düzdür, bu il bahar öz qədəmlərini bir az ləngidibdir, lakin insanlarda ilin uğurlu olacağına bir inam, əminlik vardır. Çünki yaz erkən gələndə ağaclar ayılaraq tez çiçəkləyir, sonradan düşən soyuqlar, qar-şaxta isə onları məhv edir. Nəticədə məhsul ya az olur, ya da heç olmur.

Biləsuvar kəndlisi indi tarlada, iş başındadır. Onlar səhər tezdən tarlaya yollanırlar. Günəşi orada - sahədə salamlayan zəhmət adamları taxıl zəmilərini, yoncalıqları suvarır, çiyid əkiləcək sahələri səpinə hazırlayırlar. Hər bir fermerin məqsədi, arzusu isə eynidir - əkdiyi, becərdiyi sahədən daha çox və keyfiyyətli məhsul əldə etməklə yaxşı gəlir götürmək, ailəsinin ehtiyaclarını ödəmək, dövlətin kənd təsərrüfatı sahəsində qarşıya qoyduğu ən mühüm vəzifələrin yerinə yetirilməsində, ölkəmizdə məhsul bolluğu yaratmaq kimi mühüm bir işdə yaxından iştirak etmək.

Rayonun qabaqcıl fermerləri Fazil Musayev, Şakir Soltanov, Ramiz Əliyev, Lətif Cəfərov öz əməkləri ilə sovetlər birliyi zamanı respublikamızda şan-şöhrət qazanmış Yunis Hacıyev, Qızqayıt Həsənova, Ərəstun Məmmədov və onlarca belə zəhmət adamlarının estafetini uğurla davam etdirirlər. Pambıqçılıqda əldə etdiyi yüksək nəticəyə görə Prezidentin sərəncamı ilə Fazil Musayev 2017-ci ildə, Şakir Soltanov 2019-cu ildə birinci, 2020-ci ildə taxılçılıq sahəsində əldə etdiyi nailiyyətlərə görə Ramiz Əliyev ikinci dərəcəli “Əmək ordeni”  və 2019-cu ildə kənd təsərrüfatının ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, habelə heyvandarlıqda qazandığı uğurlara görə “Tərəqqi” medalı ilə təltif olunmuşlar.

Keçən il rayon üzrə hər hektardan 26,2 sentner buğda, 23,2 sentner arpa, 95 sentner yonca, 28,1 sentner pambıq, 350 sentner bostan-tərəvəz məhsulları əldə edilmişdir. Qeyd etmək lazımdır ki, bu göstəricilər daha yüksək ola bilərdi. Lakin son illər, eləcə də 2020-ci ildə ölkənin hər yerində olduğu kimi, Biləsuvarda da suvarma suyunun çatışmazlığı məhsuldarlığa öz təsirini göstərmişdir. Mütəxəssislər deyirlər ki, əgər əkin sahələri vaxtında və normal şəkildə suvarılsa idi, nəticələr bundan xeyli artıq ola bilərdi. Əkin suyu ilə bağlı hazırda rayon rəhbərliyi və digər aidiyyəti qurumlar birlikdə tədbirlər görürlər.

Pambıqçılıq rayon iqtisadiyyatının əsasını təşkil edir. Hazırda pambıq istehsalı və tədarükü ilə üç təşkilat - “MKT-İK” MMC-nin, “P-Aqro” MMC-nin və “Azərpambıq” İstehsalat və Emal Müəssisəsinin filialları məşğul olur. Keçən ilin dekabrında isə rayonda “P-Aqro” MMC-nin pambıq emalı zavodu işə düşmüşdür. Biləsuvar, Salyan və Neftçala rayonlarından xam pambıq qəbul edən müəssisədə istehsal olunan mahlıc əsasən xarici şirkətlərə satılır. Ötən il rayonda 5 min mülkiyyətçi 10 min 61 hektarda pambıq əkmiş, bu qədər sahənin becərilməsinə orta hesabla 30 min nəfər cəlb edilmişdir. Göründüyü kimi, pambıqçılığın inkişafı eyni zamanda yeni iş yerlərinin yaradılması deməkdir. Bundan əlavə, pambıq emalı müəssisələrində də yüzlərlə işçi çalışır. Mütəxəssislərin hesablamalarına görə, rayon fermerləri keçən il təkcə pambıqçılıqdan 12 milyon 200 min manat xalis gəlir əldə etmişlər.

Arzudan arzu doğar demişlər. Fermerlər bu il daha çox məhsul istehsal etmək barədə düşünürlər. Onlar hələ yanvar ayında rayondakı istehsal müəssisələri ilə müqavilə bağlamış, toxumluq çiyid, gübrə tədarük etmişlər. Torpaqda lazımi hərarət yaranan kimi sahələrə çıxıb səpinə başlayacaqlar.

 

Seyran CAVADOV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM