04 Noyabr 2021 00:03
1698
ELANLAR
A- A+

BİLDİRİŞ

 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs tərəfindən “Tibb müəssisələri üçün spesifik dərman vasitələri”nin satın alınması üzrə elektron satınalma vasitəsilə keçirilən açıq tender prosedurunun qalibləri 3 iddiaçı - “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir. 27.09.2021-ci ildə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs ilə “Esam LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 568 269.71 (beş yüz altmış səkkiz min iki yüz altmış doqquz manat 71 qəpik) manat və “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 1 192 926.90 (bir milyon yüz doxsan iki min doqquz yüz iyirmi altı manat 90 qəpik) manat və “Yurd Pharma” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında isə 647 280.50 (altı yüz qırx yeddi min iki yüz səksən manat 50 qəpik) məbləğində satınalma müqaviləsi imzalanmışdır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video