24 Oktyabr 2013 12:10
527
Elm və texnika
A- A+

Beynin «tullantı»lardan təmizlənməsi üçün normal yuxu vacibdir

 

Məhz orqanizm yuxuya getdikdən, yatdıqdan  sonra beyin fəal dövrdə göstərdiyi əqli fəaliyyət nəticəsində toplanan "istehsalat" tullantılarından - toksik maddələrdən azad olur. İddianın müəllifləri, Roçester Universitetinin tibb mərkəzinin (ABŞ) mütəxəssisləri  apardıqları akademik araşdırma sonunda bunun necə baş verdiyini də aydınlaşdırıblar. Məlum olub ki, gecə, orqanizm yuxuda ikən  beyin hüceyrələri bir növ quruyur və bu zaman neyronlar arasında nazik boşluq - kanallar əmələ gəlir. Bu kanallarla da gün boyu beyində toplanmış toksik maddələr maye şəklində xaric olunur. Beləcə, beyin "istehsalat" tullantılarından yuyulub təmizlənir. Bu proses pozulduğu təqdirdə müxtəlif beyin xəstəlikləri əmələ gəlir.

Maraqlıdır ki, beyin yuxu dövründə təmizlik işləri aparmaqla yanaşı, özünün öyrənmə və yaddaş sistemlərini də sahmana salır, onların üzərində profilaktika aparıb nizamlayır. Alimlərin bildirdiyinə görə, beyin məhdud enerjiyə malik olduğundan iki fazadan birini - ayıq qalmağı və ya yuxunu seçmək zorundadır. Yəni, bu seçim həm də  onun ya aktiv fəaliyyət göstərməsini, yaxud da təmizlik işləri aparmasını müəyyənləşdirir.

Beləliklə, əgər insan az yatırsa, deməli, normal əqli fəaliyyətə mənfi təsir göstərən  zəhərli maddələrin  beyindən kənarlaşdırılması prosesi də zəif gedir. Alimlərin fikrincə, bir sıra neyrodegenerativ xəstəliklərdə (parkinsonizmdə, Alçgeymer  xəstəliyində) beyində toksik maddələrin toplanması məhz bu prosesin pozulması ilə əlaqəlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video