01 Iyul 2021 16:11
677
Mədəniyyət
A- A+

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti türkiyəli nazir müavini ilə görüşüb  

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan Bakıya işgüzar səfəri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edərək, fondun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Günay Əfəndiyeva fondun fəaliyyəti barədə məlumat verərək, təşkilat tərəfindən türk dünyasının maddi-mədəni irsinin tanıdılması və qorunması istiqamətində bir çox tədbirlərin, konfransların və sərgilərin keçirildiyini, kitabların nəşr etdirildiyini bildirib. O, fondun qurucu üzv ölkəsi olan Türkiyə ilə təşkilat arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayıb və bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinin önəminə toxunub.

Fondun prezidenti cari ilin mart ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal zirvə görüşü çərçivəsində Türküstan Bəyannaməsinin qəbul olunduğuna diqqət çəkərək, həmin Bəyannaməyə əsasən, üzv dövlətlərin müvafiq qurumlarının Türk Əməkdaşlıq Təşkilatları ilə birlikdə türk dünyasının ədəbiyyatı, incəsənəti, elmi və mədəniyyətinin inkişafına böyük töhfə vermiş şairlərin, filosofların və dövlət xadimlərinin ildönümlərinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi məsələsinə toxunub.

Qarabağ Zəfəri haqqında danışan fondun prezidenti bildirib ki, bu qələbə bütün türk dünyasına qürur yaşadıb. Türkdilli beynəlxalq təşkilatın rəhbəri kimi Azərbaycan ilə Türkiyə arasında əsrlər boyu davam edən qardaşlıq münasibətlərinə böyük dəyər verdiyini deyən Günay Əfəndiyeva, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanan Şuşa Bəyannaməsinin xüsusi önəm kəsb etdiyini bildirib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Demircan fondda olmasından böyük məmnunluq hissi keçirdiyini qeyd edərək, təşkilat ilə Türkiyə arasındakı əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, fond ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi arasında olan tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcəkdə daha çox birgə layihələrin reallaşdırılmasının vacibliyini qeyd edib. Əhməd Misbah Demircan fond tərəfindən türkdilli xalqların zəngin maddi və mədəni irsinin araşdırılması, beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işlər görüldüyünü və Türkiyənin bundan sonra da təşkilata hər cür dəstək göstərəcəyini bildirib.

Günay Əfəndiyeva, fond tərəfindən müxtəlif ölkələrdə nəşr olunan türkdilli ölkələrin zəngin mədəniyyətini, adət-ənənələrini əks etdirən kitabları, eləcə də Qarabağ xalçasını Əhməd Misbah Demircana hədiyyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video