02 May 2014 11:05
229
Səhiyyə
A- A+

Beynəlxalq Qızıl Xaç Komitəsinin ekspertləri Sumqayıtda olmuşlar

Beynəlxalq Qızıl Xaç komitəsinin və Avstriya Qızıl Xaç Cəmiyyətinin ilk yardım sahəsi üzrə ekspertləri xanım Megan Turkington və doktor Gernot Gromer, həmcinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin məsul işçisi Rasim Allazov Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin ofisində olmuşlar.

AzərTAc xəbər verir ki, burada keçirilən görüşdə “İlk yardımın qiymətləndirilməsi və potensialın öyrənilməsi” mövzusu ətrafında müzakirələr aparılmışdır.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin fəaliyyəti haqqında məlumat verilmişdir. Bölmə tərəfindən ilk yardımın göstərilməsi mövzusunu əhatə edən videoçarx və slaydlar, ilk yardım vərdişlərinin aşılanması üçün istifadə olunan əyani vəsait və avadanlıqlar nümayiş olunmuşdur. Müzakirələr zamanı bu sahənin inkişaf etdirilməsi üçün təkliflər irəli sürülmüşdür.
Qonaqlar ofisdən yüksək təəssüratlarla ayrılaraq şəhər təcili tibbi yardım xəstəxanasında və təcili tibbi yardım stansiyasına da baş çəkmişlər. Xarici ekspertlər təcili tibbi yardımın mövcud vəziyyəti ilə yaxından tanış olmuşlar.
Sonda qonaqlar görüş iştirakçıları ilə xatirə şəkli çəkdirmişlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video