19:16 13 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beynəlxalq maliyyə qurumları dünyanın bu mürəkkəb dövründə də  Azərbaycan iqtisadiyyatı üçün nikbin proqnozlar verir 

ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:38 13.04.2021

 

Beynəlxalq Valyuta Fondunun (BVF) ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən, Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 , 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Fondun müvafiq proqnozlarına görə, ölkəmizdə  növbəti iki ildə işsizliyin səviyyəsi 6 faizdən aşağı olacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament rəhbəri Ayaz Müseyibov qeyd edir ki, BVF-nin daha öncə - 2020-ci ilin oktyabr ayında açıqladığı hesabata əsasən, Azərbaycanın 2021-ci il üzrə iqtisadi artım göstəricisi 2 faiz civarında proqnozlaşdırılmışdı: “Diqqətçəkən məqam ondan ibarətdir ki, fond eyni zamanda cari əməliyyatlar balansı üzrə proqnozları da pozitivə doğru yeniləmişdir. Belə ki, cari əməliyyatlar balansının defisitinin ÜDM-ə nisbəti 2021-ci və 2022-ci illərdə müvafiq olaraq 3,6 və 4,4 faiz proyeksiyalaşdırılırdısa, yeni hesabatda müvafiq defisit profisitlə əvəz edilməklə 1,1 və 0,5 faiz ətrafında qiymətləndirilmişdir”.

Departament rəhbərinin  dediyinə görə, hesabatın təhlili növbəti iki ildə ölkədə makroiqtisadi canlanmanın  qeydə alınacağını göstərir. Onu da əlavə edək ki, qurumun dünya iqtisadiyyatının gələcəyinə aid 26 yanvar tarixli öncəki analoji hesabatında da Azərbaycanla bağlı pozitiv siqnalların olacağı bildirilmişdi.

Sənəddə qlobal iqtisadiyyat üçün də iqtisadi artım proqnozlaşdırılır və 2021-ci ildə 6, 2022-ci ildə  4,4 faiz artım gözlənilir. Öncəki hesabatla müqayisədə bu göstəricilər müvafiq olaraq 0,8 və 0,2 faiz daha yüksəkdir. Bu o deməkdir ki, 2020-ci ilin dekabr ayından başlayaraq vaksinasiya proseslərinin güclənməsi ilə birgə pandemiyanın bitəcəyi ilə bağlı proqnozlar,  ABŞ və Yaponiya kimi böyük iqtisadiyyatlarda ilin sonunda qəbul edilmiş iqtisadi dəstək siyasətləri qlobal iqtisadiyyatın canlanmasını sürətləndirib. Eyni zamanda Azərbaycan kimi inkişafda olan, ölkələrin qəbul etdiyi fiskal və monetar antişok tədbirləri  müvafiq proqnozlarda müsbət məqamlar kimi inikas olunmaqdadır.

A.Müseyibov onu da nəzərə çatdırır ki, Azərbaycanın iqtisadi artımı və reytinqləri ilə bağlı digər mühüm bir məqam da onunla bağlıdır ki, “Moody's” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini “Ba2” səviyyəsində stabildən pozitivə doğru dəyişmişdir: “Pozitiv mənzərə daha çox idarəetmə və siyasət effektivliyinin artırılması ilə bağlıdır və bu, ölkənin kredit portfelini daha da yaxşılaşdıra bilər. Fondun analitiklərinin mövqeyinə əsasən, monetar və makrosiyasət çərçivəsinin gücləndirilməsi bank və xarici sektorun şoklara qarşı dayanıqlılığını artırmağa, likvidlik və xarici sektorun risklərinin mitiqasiyasına xidmət edəcək. Qeyd edək ki, agentlik  öncə də “Cənub qaz dəhlizi” QSC-nin reytinqini  pozitivə doğru dəyişmişdir”.

Hər iki qurumun hesabatında Azərbaycanla bağlı növbəti illərdə iqtisadi artımın baş verməsi ilə bağlı proqnozların pozitivə doğru dəyişilməsi gələcək inkişaf üçün imkanların olduğunu da göstərir. Bu baxımdan Milli Prioritetlər sənədi çərçivəsində Azərbaycan iqtisadiyyatının inkişaf yollarının yenidən dizayn edilməsi, işğaldan azad olunmuş torpaqların reinteqrasiyası ilə əlaqədar yeni investisiya və bərpa siyasəti, dövlət proqramlarının tərtibi və monitorinqi  qaydalarının qəbulu, dövlət nəzarətinin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı müvafiq tədbirlər, ümumilikdə isə strateji idarəetmə siyasəti çərçivəsində iqtisadi addımların reallaşdırılması bu göstəricilərin daha da yaxşılaşmasına xidmət edəcək.

Onu da qeyd etmək vacibdir ki, Azərbaycanın beynəlxalq qurumların reytinqlərində irəliləməsi artıq mükəmməl sistem kimi ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edir. Hətta  elə hallarla rastlaşırıq ki, bəzi qurumlar yenidən qiymətləndirmələr aparır və hesabatlarındakı uyğunsuzluqları aradan qaldırır.  Məsələn, Doing Businessin hesabatındakı məlumat uyğunsuzluqları Dünya Bankının Daxili Auditi tərəfindən araşdırılmış və nəticədə Azərbaycan bu qurumun 2020-ci il hesabatındakı mövqeyini 6 pillə yaxşılaşdırmışdır. Bu göstəricinin yenilənməsi ölkəmizə bir daha dünyanın “Ən islahatçı 10 ölkə”si sırasında ötənilki yerini qorumağa imkan vermişdir.

30 illik üzücü münaqişəni və 44 günlük ağır müharibəni möhtəşəm qələbə ilə başa vuran Azərbaycanın adının iqtisadi islahatların aparılmasında aparıcı ölkələrlə bir sırada çəkilməsi bir daha onu təsdiq edir ki, biz Qafqaz regionunda işğalçı Ermənistandan fərqli olaraq sülhə və iqtisadi tərəqqiyə köklənmişik.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM