24 Iyun 2021 17:17
724
İQTİSADİYYAT
A- A+

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub  

 İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Vibke Şlömerlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mikayıl Cabbarov ölkəmizdə maliyyə institutları, o cümlədən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa önəm verildiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi” layihəsi uğurla başa çatıb. “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” və digər layihələrin icrası isə davam etdirilir.

Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığın gücləndirilməsi imkanları diqqətə çatdırılıb.

Vibke Şlömer Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat verib, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Beynəlxalq Maliyyə Korporasiyasının Qafqaz üzrə yeni regional meneceri xanım İvana Duartenin də iştirak etdiyi görüşdə Azərbaycanla Beynəlxalq Maliyyə Korporasiyası arasında investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar, “Ölkənin özəl sektorunun diaqnostikası” Çərçivə Sənədinin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video