28 Fevral 2019 21:29
1257
Səhiyyə
A- A+

Beyin və yaddaşı qoruyan məhsullar


İctimai səhiyyə məsələlərindən, o cümlədən bitki tərkibli pəhrizin üstünlüklərindən, heyvan mənşəli məhsulların ziyanından yazan və bu mövzularda çıxışlar edən amerikalı həkim Maykl Qreqer hesab edir ki, düzgün qidalanmaya başlamaqla erkən qocalmanın və beyin xəstəliyinin qarşısını almaq mümkündür. Özü də bunu qocalanda deyil, xeyli əvvəl etmək lazımdır. Antioksidant və vitaminlərlə zəngin rasion beyini və yaddaşı qoruyur.

AZƏRTAC xəbər verir ki, M.Qreqer kitablarından birində yazır: İnsult və Altsheymer xəstəliyi beyini məhv edən əsas xəstəliklərdir. Qan dövranı pozulanda, damarlar düyünlərlə tıxananda bu xəstəliklər inkişaf edir. Lakin qidalanmanın köməyi ilə hər iki xəstəliyin qarşısını almaq olar. Artıq 20 yaşından başlayaraq xolesterinin yüksəlməsi, qan təzyiqinin qalxıb-enməsi nəticəsində baş beyində kiçik zədələr yaranır. İnsan 60-70 yaşına çatanda zədələr qabarıq təzahür edir.

Beynin qocalmasının qarşısını almağa kömək edən qidalanma barədə mümkün qədər cavan yaşlarında düşünmək lazımdır. M.Qreqer aşağıdakı məhsullara diqqət yetirməyi tövsiyə edir.

Antioksidantlarla zəngin mənbələr. Bu maddələr hüceyrələri zədələyən azad radikallara qarşı mübarizə apararaq beyinin "paslanmasının” qarşısını alır. Giləmeyvə və tünd yaşıl rəngli tərəvəz ən zəngin antioksidant mənbəyidir.

Polifenolların mənbəyi. Polifenollar beyin üçün dağıdıcı olan zülal düyünlərinin və yumaqlarının əmələ gəlməsinin qarşısını alaraq sinir hüceyrələrini qoruyur. Üzüm və quşüzümünün tərkibi polifenollarla zəngindir.

Sitrus bitkiləri. M.Qreqerin fikrincə, sitrus bitkiləri insult ehtimalını azaldır. Onların tərkibində baş beyində qan dövranını fəallaşdıran maddələr – fitonutriyentlər var.

Qaragilə. Elmi tədqiqatlar göstərir ki, qaragilə koqnitiv funksiyaları vaxtsız zəifləyən ahıllarda yaddaşı möhkəmləndirir.

Kəpəkli taxıl. M.Qreqer səhərlər kəpəkli taxıldan bişirilən sıyıq yeməyi məsləhət görür. Belə taxılın tərkibində qanın beyinə axmasını tənzimləyən fol turşusu, yaddaşın keyfiyyətini hissediləcək dərəcədə yaxşılaşdıran tiamin (B1 vitamini) var.

Qoz-fındıq. Qoz, fındıq, yerfındığı, badam, keşyu, pekan qozu beyinin kompleks şəkildə güclü müdafiəsini təmin edən Omeqa-3 turşuları, habelə B6, E vitaminləri və fol turşusu ilə zəngin məhsullardır. Qoz-fındıq məhsullarının çoxunda beyinə enerji verən tiamin və maqnezium var.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video