20 Noyabr 2021 00:13
1395
Elm və texnika
A- A+

Beyin implantı görmə qabiliyyətini geri qaytarır

 

Uzunmüddətli təcrübələrdən sonra amerikalı və ispaniyalı alimlər komandası görmə qabiliyyətini itirmiş insanın görməsini qismən bərpa edə biliblər.

Bunun üçün mütəxəssislər beyin qabığına inteqrasiya edilmiş xüsusi implantdan istifadə ediblər. Aparılmış neyrocərrahiyyə əməliyyatı zamanı mütəxəssislər 60 yaşlı Berna Qomez adlı qadının beyninə mikroelektrodları inteqrasiya ediblər. Bu beyin implantı görmə qabığı ilə birbaşa kontakt yaradıb. Qeyd etmək lazımdır ki, beyin implantı xüsusi kameralar ilə təchiz olunmuş eynək ilə sinxronlaşdırılıb.

Bu beyin implantının çalışma prinsipi isə belədir: beyin implantı fosfenləri (gözə işığın təsiri olmadan yaranan görmə hissiyyatı) yaradaraq neyronları stimullaşdırır. Həmin fosfenlər ağ işıq nöqtələri kimi qəbul edilir və onların hesabına görüntü yaranır. Qadın pasientin əməliyyat sonrası görmə qabiliyyətinin bərpasına və bu implantdan istifadənin öyrədilməsinə 6 ay vaxt sərf olunub. 6 aydan sonra qadın pasient hərfləri, xətt sərhədlərini və digər obyektləri görməyə başlayıb.

Görmə qabiliyyətinin yaxşılaşdırılması üçün mütəxəssislər həmçinin xüsusi proqram təminatını da hazırlayıblar. Həmin proqram təminatı oyunu xatırladır öz növbəsində pasientə yeni görmə hissiyyatlarına öyrəşmək imkanı verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video