Bəşəri yaşam enerjisi
XX əsrin əvvəllərində Yaponiyada enerji yüklənməsi əsasında ruhi şəfa verməyə qadir olduğuna inanılan Reiki adlı sistem yaranıb. Reiki hər yerdə var olan “ruhi yaşam enerjisi” anlamına gəlir. Qərb dünyasına “bəşəri yaşam enerjisi” olaraq tərcümə edilən Reiki asanlıqla tətbiq edilə bilən, zərərsiz tibbi üsul olaraq qəbul edilib.
Qaynağının Tibet olduğu düşünülən Reiki yapon buddisti, yapon ali silkinin nümayəndəsi, samuray Mikao Usui tərəfindən yaradılıb. Onun ölümündən sonra qoyulan abidədə yazılanlara görə, Reikinin təməlini təşkil edən enerjinin qaynağı onun Kurama dağında 21 günlük zikrə çəkildiyi zaman meydana gəlmişdir. Mikao Usui 1922-ci ildə bu enerji ilə işləyən şəfa texnikasını tətbiq etmək üçün Tokioda bir klinika açmışdır.
Usuidən sonra onun ən qabaqcıl tələbələrindən olan fizik, professor Çjuro Hayaşi bu sistemi Havaya aparmış və bir tələbəsinə bu sistemin müəllimliyi hüququnu vermişdir. Həmin tələbənin hesabına Reiki daha sonra Avropaya gəlib və 1970-ci illərdə daha 20 nəfər Reiki ustası, müəllimi yetişdirmişdir. Avropada “Reiki”nin daha geniş yayılması və tətbiqi məhz həmin 20 tələbənin adı ilə bağlıdır.
Reiki fiziki, ruhi və zehni narahatçılıqların müalicəsi zamanı tətbiq olunur. İnanca görə, Reiki bədəndə meydana gələn enerji mübadiləsi problemlərini və neqativ enerji bloklarını yox etmək, yetərsiz və ya əskik olan enerjini tənzimləmək üçün şüur dəyişkənliyi yolu ilə insanda ruhi-fiziki problemlərin həllinə yol açır.
Reiki enerjinin əllə ötürülməsi üsulu ilə həyata keçirilir. Enerjinin ötürülməsi zamanı əllərin soyuması, isinməsi və ya qıcıqlanması kimi hallar müşahidə edilə bilər. Bu sistemin özəlliklərindən biri də budur ki, onun müalicəvi təsirindən yararlanmaq üçün ona inanmaq şərt deyildir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!