13:48 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Beş rayonun işğaldan azad edilməsi uğrunda döyüşən gənc əsgər
 
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:05 15.09.2021

Ötən il 44 gün davam edən və möhtəşəm Zəfərimizlə bitən Vətən müharibəsi Azərbaycan ordusunun hərbi xidmətə yeni başlamış əsgərindən illərdir həyatını Vətənin, torpağın müdafiəsinə həsr etmiş təcrübəli zabitinə qədər hər kəsin gücünü, əzmini, şücaətini ortaya çıxardı. Döyüşlər zamanı gənc əsgərlərin də öz yaşlarından böyük qəhrəmanlığa imza atması hər kəsi qürurlandırır. Demək ki, vətənpərvərlik hissləri bu xalqın hər bir fərdinin qanına hopub damarında dövr edir. Həmin hisslər lazım olan anda elə bir həddə yüksəlir ki, düşmənin zabiti belə özündən yaşca xeyli kiçik Azərbaycan əsgərinin qarşısında tab gətirə bilmir.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin gənc döyüşçülərindən biri olan Əbülfət Qurbanov 2000-ci il sentyabrın 15-də Bakıda anadan olub. Əbülfət orta məktəbi bitirdikdən sonra – 2019-cu ilin aprelində hərbi xidmətə yollanır. Müharibə başlayanda Əbülfətin hərbi xidməti bitirməsinə sayılı günlər qalmışdı. 20 yaşı yenicə tamam olan gənc döyüşçü hərbi xidmət dövründə öyrəndiklərini oktyabrın 10-dan etibarən savaş meydanında tətbiq etmək imkanı əldə edir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarının düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. Müharibənin bitməsinə az qalmış, yəni noyabrın 2-də Laçın istiqamətində gedən döyüşlərdə yaxınlığına minomyot mərmisi düşməsi nəticəsində yaralanır.

“Minomyot mərmisinin düşdüyü yerlə mənim aramda 5 metr məsafə vardı. Ağır xəsarət aldım. İki ayağım da sınmışdı. Sol ayağımın omba sümüyü dağılmışdı. Burada bir neçə əməliyyat keçirdim. Türkiyəli həkimlər ölkəmizə gələndə məni də müayinə etdilər. Qərara alındı ki, müalicəm Türkiyədə davam etdirilsin. “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə göndərildim. Üç ay qardaş ölkədə qaldım və sümük, sinir əməliyyatları keçirdim. Təkcə diz əməliyyatım qalıb. Altı aydan sonra fondun dəstəyi ilə yenidən Türkiyəyə gedib orada əməliyyat olunacağam. Əməliyyat və müalicələr nəticəsində sağ ayağım sağalıb. Problem sol ayağımdadır. Göstərilən qayğı və diqqətə görə dövlətimizə, “YAŞAT” Fonduna, ianələrə görə isə xalqımıza minnətdaram”, - deyə Qarabağ qazisi qeyd edib.

Qeyd edək ki, Əbülfət Qurbanov “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM