30 Noyabr 2011 01:11
305
SİYASƏT
A- A+

Berlində keçirilən «Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü» adlı tədbirdə erməni nümayəndələrinin dialoqda iştirak etməkdən imtinaları alman təşkilatçıları tərəfindən pislənilmişdir

 

Noyabrın 28-də Berlində "Dialoq Forum - Dağlıq Qarabağ. Dağlıq Qarabağdan olan azərbaycanlıların və ermənilərin görüşü" adlı tədbir keçirilmişdir.

Tədbir Azad Berlin Universitetinin Xəzər Araşdırmaları Mərkəzi, "Avroqafqaz" cəmiyyəti, Alman-Azərbaycan Forumu və Almaniyanın Şərq ölkələri üzrə tanınmış mütəxəssisi, professor Udo Ştaynbaxın təşkilatçılığı ilə keçirilmişdir.

Yüzdən artıq ekspert, jurnalist və elmi dairələrin təmsilçilərinin  qatıldığı tədbirdə Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri, Milli Məclisin deputatı Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Effektiv Təşəbbüslər Mərkəzinin əməkdaşı Anar Usubov, Şuşa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ramiq Məhərrəmov, politoloq Rasim Musabəyov, eləcə də Ermənistandan olan nümayəndələr, Almaniyanın dövlət və elm adamları iştirak etmişlər. Tədbirə dəvət olunan Dağlıq Qarabağın erməni nümayəndələri dialoqda iştirak üçün razılıq versələr də, son anda sözügedən tədbirə qatılmaqdan imtina etmişlər. Buna baxmayaraq tədbir uğurla keçmiş, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələrinin çıxışları maraqla qarşılanmışdır.

İcmanın üzvləri tədbir iştirakçılarına Dağlıq Qarabağın azərbaycanlı əhalisinin münaqişənin sülh yolu ilə həllindən sonra Azərbaycanın tərkibində erməni əhalisi ilə birgə yaşamağa hazır olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, münaqişənin nizamlanmasının uzadılması hər iki tərəf üçün yaxşı heç nə vəd etmir. Əksinə, arzuolunmaz nəticələrə səbəb olacaqdır. İcma üzvləri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar.

Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak etmişdir. Ermənistanın Almaniyadakı səfiri isə iştirakdan imtina etmişdir.

Təşkilatçılar Dağlıq Qarabağın azərbaycanlı icmasının dialoqda iştirakını müsbət qiymətləndirmişlər. Erməni tərəfinin dialoqda iştirak etməkdən imtinasından isə təəssüfləndiklərini bildirmişlər. Onlar bu cür tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyini vurğulayaraq, gələcəkdə Dağlıq Qarabağın erməni icmasının da iştirakına nail olacaqlarına ümid etdiklərini bildirmişlər.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Berlin

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video