28 Oktyabr 2021 12:38
782
CƏMİYYƏT
A- A+

Bərdədə erməni terroru: kaset bombalardan istifadə olunmaqla dinc insanlar öldürüldü

 

Vətən müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci il oktyabrın 28-də Bərdə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bərdə terroru zamanı həlak olan sakinlərdən biri də Leyla Mustafayevadır. Qızı Sevinc Mustafayeva bildirib ki, o, Bərdəyə birinci raket düşəndən sonra insanlara kömək üçün evdən küçəyə qaçarkən ikinci raketin partlaması nəticəsində həlak olub: “Anam darvazadan çıxan zaman ikinci raket partlayıb. Qəlpələr anamın qolunu kəsmiş, kürəyinə, ürəyinə girmişdi. Biz Bərdədə ikinci Xocalı faciəsini yaşadıq. Bərdə terroru XXI əsrdə olan ikinci Xocalı faciəsi idi. Avtomobildə yananlar, başı bədənindən ayrılanlar... Çox dəhşətli, çətin, ağır günlər idi. Bizim evimiz dağılmışdı. Anamızın yas mərasimini də keçirə bilmədik. Ailəmiz üçün böyük itki oldu. Hələ də yaramız sağalmır. Evimiz də, bütün dağıntılar da düzələ bilər, amma ruhumuzun dağıntıları hələ də qalmaqdadır”.

Leyla Mustafayevanın qaynanası Ağca Mustafayeva gəlinləri haqqında danışarkən göz yaşlarını saxlaya bilmədi: “Leyla evimizin yaraşığı idi. Yaxşı gəlin, gözəl ana idi. Həyat yoldaşım Leylanın həlak olmasını eşidəndə infarkt keçirdi. Bizim üçün çox çətindir. Yaşımızın bu vaxtında qızımız kimi sevdiyimiz gəlinimizi itirdik”.

Qeyd edək ki, Bərdə şəhəri Vətən müharibəsində ayrı-ayrı günlərdə Ermənistan silahlı qüvvələrinin raket hücumlarına məruz qalıb. Terror aktları nəticəsində ümumilikdə 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.

Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video