17 Aprel 2016 12:04
865
Oxucu məktubları
A- A+

Belə nöqsanlar olmasa...

Yaşadığımız Sumqayıt şəhərində son dövrlər aparılan abadlıq-quruculuq işləri hamımızın ürəyincədir. Novruz ərəfəsində bu işlər  daha da sürətləndi. Demək olar ki, hər gün yaşayış zonalarındakı ağacların budandığının, yeni ağacların əkildiyinin, təmir-tikinti işlərinin aparıldığının şahidi olduq.

Əlbəttə, bunlar sakinlərin ürəyincədir. Amma bizi narahat edən bir məsələ var: MİS, yaşıllaşdırma idarəsinin əməkdaşları bütün bu işləri gördükdən sonra əmələ gələn “zibil” bir müddət ərazidən daşınmır. Həyətin müxtəlif yerində topalanan tör-töküntünü bəzən külək dağıdır, bəzən də uşaqlar ora-bura daşıyıb ətrafa yayırlar. Beləcə, həyətdə sahman pozulur, hətta hərəkət məhdudiyyəti yaranır. Yaşadığımız 8-ci mikrorayonda, qonşuda toy olacaqdı, budanmış budaqlar yola tökülmüşdü. Sakinlər məcbur qalıb axşam onları yığıb yandırdılar ki, yol açılsın.

Əgər belə nöqsanlar olmasa, daha yaxşı olar. Əlaqədar təşkilatlara həyata keçirdikləri işlərə görə təşəkkürümüzü bildirir, eyni zamanda onlardan təmizlik tədbirlərini sonraya saxlamamağı xahiş edirik.

 

Mehparə HACIƏHMƏDOVA,

Sumqayıt 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video