Belə marşrut olar?
Dədə Qorqud qəsəbəsi mərkəzdən xeyli aralıda yerləşsə də, burada normal yaşayış üçün hər bir şərait var. Suyu, qazı, işığı qaydasındadır. Yeganə problemimiz ictimai nəqliyyatla bağlıdır.
Dədə Qorqud qəsəbəsi və bir az aralıdakı Bahar kəndindən şəhər istiqamətinə bir marşrut mövcuddur. Bu, hər gün yüzlərlə insanı metronun “Qara Qarayev” stansiyasına aparıb-gətirən 191 nömrəli marşrutdur. Marşrut açılanda sevindik ki, daha işə, şəhərə gedib-gəlməyimizdə problem olmayacaq. Ancaq istədiyimiz kimi alınmadı.
Əvvəla, bu marşrutun sürücüləri iş rejiminə, hərəkət qrafikinə məhəl qoymurlar. İstədikləri vaxt xəttə çıxırlar, istədikləri vaxt “Bu gün daha işləmirik” deyirlər. Xüsusilə axşam saat 9-dan sonra qeybə çəkilirlər. Ancaq şəhərin uzaq kənd və qəsəbələrinin çoxuna gecə saat 12-yə qədər avtobuslar işləyir.
Bizi ciddi narahat edən digər məsələ onsuz da normal işləməyən 191 nömrəli avtobusu idarə edən sürücülərin etik qaydalara riayət etməmələridir. Siqaret tüstülədə-tüstülədə maqnitofonu açıb sərnişinlə dolu avtobusla “avtoşluq” edənləri də görmək olar. İrad bildirəndə ağzını açmağa peşman olursan. Belə sürücülər əsasən gənclərdir. Kim bilir, bəlkə də dostunu, tanışını əvəz edirlər. Bəlkə də heç sürücülük vəsiqələri yoxdur.
İstəyimiz odur ki, bu avtobusların da iş qrafiki olsun, işə, evə normal gedib-gələ bilək. Bilirik ki, Bakı şəhərində avtomobil nəqliyyatı və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimlənməni və dövlət nəzarətini həyata keçirmək üçün yeni qurum - Bakı Nəqliyyat Agentliyi yaradılıb. Düşünürük ki, yeni agentlik 191 nömrəli marşrutda hökm sürən özbaşınalığa son qoyub poblemimizi tezliklə həll edəcək...
Əfiqə ƏLƏSGƏROVA
Suraxanı rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
25 Aprel
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may a...
25 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib
25 Aprel
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNİB ...
25 Aprel
Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəz...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimi...
25 Aprel
Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkand...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNİB ...
25 Aprel
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iş...
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!