30 Sentyabr 2021 01:36
1274
Oxucu məktubları
A- A+

Belə getsə, bu qışı da qazsız keçirəcəyik

 

Cəlilabad şəhəri ilbəil genişlənir. Şəhərin kənarında yeni yaşayış massivləri salınır. Onlardan biri də bizim yaşadığımız Cavadxan qəsəbəsidir.

Biz 2000-ci ildən həmin qəsəbənin N.İmanquliyev küçəsində yaşayırıq. 52 ailəyik. Onlardan dördü Birinci Qarabağ müharibəsi şəhidinin ailəsidir. Şəraitimiz pis deyil. İşıq, su sarıdan, demək olar ki, korluq çəkmirik. Qaz məsələsinə gəldikdə isə giley-güzarımız var.

Dəfələrlə icra hakimiyyətinin, rayon və Lənkəranda yerləşən regional qaz idarəsinin rəhbərlərinə dərdimizi yazılı və şifahi şəkildə çatdırmışıq. Onlar da məsələnin həll ediləcəyinə söz veriblər. Gəl ki, bu söz elə söz olaraq qalıb, heç bir əməli nəticəsi olmayıb. Halbuki bizim evlərdən 30-40 metr aralıda yerləşən yaşayış evlərinə təbii qaz çəkilib. Həmin yerdən bizim küçəyə qaz xətti çəkmək, bizcə, elə də çətin iş deyil.

Artıq payızdır. Bir azdan qış qapını alacaq. Qarlı-şaxtalı günlər başlayacaq. Belə günlərdə neyləyəcəyimizi bilmirik. Yandırmağa odun da yoxdur. Hörmətli redaksiya, bəlkə siz bizə bir kömək edəsiniz, dərdimizi “Azəriqaz”a çatdırasınız.

 

Cəlilabad şəhəri

N.İmanquliyev küçəsinin sakinləri:

Adil KƏrimov, Ərəstun Atayev, Rafiq Əzizov, Mircavid Ağayev, Asim Nuruyev

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video