02 Iyul 2021 16:33
1096
İQTİSADİYYAT
A- A+

Belarus Azərbaycan üçün məxsusi armudu stəkan dəsti istehsal edir

 

Belarus Azərbaycan üçün məxsusi olaraq armudu stəkan dəsti istehsal edir.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli KİV-lərə müsahibəsində Belarusun memarlıq və inşaat naziri Ruslan Parxamoviç deyib.

Onun sözlərinə görə, Belarusun "Neman" şüşə zavodu xüsusilə Azərbaycan sakinləri üçün milli dəyərləri hesab olunan armudu stəkanlar istehsal edir.

“Büllur Azərbaycanda ən populyar Belarus mallarından biridir. Yerli əhalinin həm gündəlik istifadəsi üçün dəstlər, həm də məxsusi məhsullar üçün çox sayda sifariş qəbul edilir”, - deyə R.Parxamoviç bildirib.

Nazir, həmçinin qeyd edib ki, Belarusdan Azərbaycana idxal olunan məhsullar sırasında ənənəvi olaraq yerli sement, çınqıl daş və digər qeyri-metal materiallar, keramika plitələr, şüşə, büllur və müxtəlif tikinti konstruksiyaları populyardır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video