01 Oktyabr 2011 06:10
448
DÜNYA
A- A+

Belarus Avropa sammitinə qatılmaqdan imtina etdi

 

Belarus Avropanın "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçirilən sammitdəki nümayəndə heyətini geri çağırmışdır. Bu barədə Belarus Xarici İşlər Nazirliyi bəyanat yaymışdır. Məlumata görə, sammit iştirakçıları Belarus tərəfinə münasibətdə "misli görünməmiş ayrı-seçkilik tədbirlərinə əl atmışlar". Belə bir şəraitdə Belarusun tədbirdə iştirakı mümkünsüzdür.

"Şərq tərəfdaşlığı" Avropa İttifaqının keçmiş SSRİ ölkələri üçün inteqrasiya proqramıdır. Proqramda Belarusla birlikdə Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan iştirak edir. İkigünlük sammit srağagün Varşavada başlamışdır. Bir neçə ölkə Prezident səviyyəsində təmsil olunur. Belarusu isə Polşadakı səfiri Viktor Qaysenok təmsil edir.

Minskin narazılığına ilk növbədə tədbir təşkilatçılarının Belarus Prezidenti Aleksandr Lukaşenkoya dəvət göndərməməsi səbəb olmuşdur.

Sammitə Belarus rəsmilərindən başqa, müxalifətçilər də dəvət edilmişdilər. Srağagün Avropa İttifaqının başçısı Herman Van Rompey sonuncularla görüşmüşdür. Müxalifətçilərin mübarizəsini dəstəkləyən Rompey vəd etmişdir ki, Aİ Belarusda mühakimə olunmuş müxalifətçilərin azadlığa buraxılmasına səy göstərəcək. Varşavaya gəlmiş Böyük Britaniya Baş nazirinin müavini Nik Kleqq isə bildirmişdir ki, Belarusda müxalifətin təqibinə son qoyulmasa, Aİ ölkəyə qarşı sanksiyaları sərtləşdirməyə hazırdır.

Belarus XİN-in bəyanatında deyilir ki, bu tədbir çərçivəsində ölkəyə münasibətdə qəbul olunacaq və hakimiyyətlə razılaşdırılmayacaq qərarlar Minsk tərəfindən qeyri-legitim hesab ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video