Bazarlarda bolluq və ucuzluqdur
Ərzaq təhlükəsizliyi önəmli məsələdir. İllər əvvəl bazarlarımızda satılan mənşəyi məlum olmayan ərzaq məhsullarını məcburən alıb istifadə edəndə sağlamlığımızı və gələcəyimizi nə qədər təhlükəyə atdığımızı düşünürdüm. Amma çarə yoxdu: olanla, təklif edilənlə keçinməli idik. Şükür ki, belə hal uzun sürmədi - istehlak bazarında yerli məhsullar dominantlıq etməyə başladı. Eləcə də keyfiyyətə nəzarət mexanizmi təkmilləşdirildi. İndi istifadə etdiyimiz ərzaq məhsullarının əksəriyyəti yerli istehsaldır, qiymətləri münasib, keyfiyyətləri də yüksəkdir. İlin bu fəslində bazardan aldığımız bütün ərzaqların, hər cür ət və süd məhsullarının, meyvə-tərəvəzin keyfiyyətinə artıq şübhəm yoxdur. Dükan-bazarlarımızda yerli məhsulların bolluğu isə məqsədyönlü sosial-iqtisadi siyasətin, kənd təsərrüfatına göstərilən qayğının nəticəsidir. Əgər son illər yeni istixanalar, soyuducu anbarlar yaradılmasaydı, qış fəslində belə bolluq və ucuzluq olmazdı.
Muxtar respublikanın bazar və ticarət obyektlərində nə süni qiymət artımına rast gəlirik, nə də gündəlik tələbat mallarının və digər istifadə etdiyimiz məhsulların qıtlığından şikayətimiz var. Bu haqda yalan xəbərlər yaymaqla əhali arasında çaşqınlıq yaradanları və vətəndaşları dövlətdən narazı salmaq istəyənləri qınayırıq. Belə insanlara deyiləcək tək bir sözümüz var: əl-qolunuzu çırmalayıb bir işin qulpundan yapışın, ölkəyə, millətə fayda verin. Yaxud, heç olmasa, başqalarına - iş görənlərə mane olmayın.
Ramiz QULİYEV,
Naxçıvan şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Almaniyada kimlər daha çox pensiya alır?
29 Mart
Havada toz müşahidə olunur
29 Mart
Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB...
29 Mart
İsveçrənin hidrogen qatarı rekord vurub
29 Mart
Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək
29 Mart
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib
29 Mart
Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ed...
29 Mart
Yaz mövsümü və allergik xəstəliklər
29 Mart
Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib
29 Mart
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!