01 Sentyabr 2021 12:32
218
DÜNYA
A- A+

Bayden Əfqanıstandan insanların təxliyəsi zamanı ABŞ hərbçilərinin göstərdiyi mərdliyə görə onlara təşəkkürünü bildirib

 

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması başa çatandan sonra Prezident Co Bayden Amerika xalqına müraciət edib.

AZƏRTAC xəbər verir ki, Ağ evdə çıxış edən Prezidentin sözlərinə görə, son 16 gündə ABŞ 120 mindən çox insanı təxliyə edib. O, amerikalı hərbçilərinin və ABŞ vətəndaşlarının təxliyəsini “son dərəcə uğurlu əməliyyat” adlandırıb və bir daha vurğulayıb ki, 20 illik müharibəni davam etdirmək istəməyib və bu qərarına görə təəssüflənmir.

Ağ evin rəhbəri deyib: “Dünən biz Əfqanıstanda 20 illik missiyanı – ölkəmizin tarixində ən uzunmüddətli missiyanı başa çatdırdıq. Biz 120 mindən çox insanı təxliyə etdik. Heç bir ölkə heç vaxt buna bənzər iş görməyib”.

Bayden ABŞ hərbçilərinin Əfqanıstandan insanların təxliyəsi zamanı göstərdiyi mərdliyə görə onlara təşəkkürünü bildirib. Lakin o etiraf edib ki, əfqan hərbçilərinin sayı barədə gümanı düz deyilmiş. Bayden ABŞ silahlı qüvvələrinin Əfqanıstandan çıxarılması barədə qərar qəbul edərkən düşünürdü ki, bu ölkədə azı 300 min hərbi qulluqçu qalacaq. Lakin onun hesablaması yanlış idi: qalan hərbi qulluqçuların sayı qat-qat az idi.

ABŞ-da bir sıra siyasətçilər və şərhçilər bu təxliyə əməliyyatının avqustun 31-də başa çatdırılması qərarına görə Bayden administrasiyasını tənqid ediblər. Vurğulanıb ki, Kabil aeroportunda yaranmış hərc-mərclik zamanı onlarca əfqan həlak olub və bəzi ABŞ vətəndaşları təxliyə reyslərinə düşə bilməyiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video