15 Sentyabr 2021 12:24
1195
DÜNYA
A- A+

Baltikyanı ölkələrin və Polşanın nazirləri təhlükəsizlik siyasəti məsələlərini müzakirə ediblər  

Baltikyanı ölkələrin və Polşanın xarici işlər və müdafiə nazirləri Riqada görüşüb, mövcud təhlükəsizlik siyasəti məsələlərini və ən aktual beynəlxalq problemləri müzakirə ediblər.

AZƏRTAC Estoniya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, nazirlər təhlükəsizlik siyasəti sahəsində aktual məsələləri, NATO-nun bu ilin iyununda keçirilmiş sammitinin nəticələrini və sammitdə qəbul edilən qərarların icrasını müzakirə ediblər, eləcə də ittifaqın növbəti strateji konsepsiyasının hazırlanması üzrə işləri yekunlaşdırıblar.

Qeyd olunub ki, Baltikyanı ölkələr və Polşa nazirləri regional təhlükəsizlik məsələlərinə NATO və beynəlxalq təşkilatlarda, həmçinin ümumi yerli problemlərin həllində tərəfdaşlıq mövqeyindən toxunublar.

Səfər çərçivəsində Baltikyanı ölkələrin və Polşanın müdafiə nazirləri Adaji hərbi bazasına baş çəkiblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video