13:55 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Balıqlı, pomidorlu, sarımsaqlı, istiotlu…

ANA SƏHİFƏ / ELM VƏ TEXNIKA
00:23 29.08.2021

 

Adətən dondurma soyuq, şirin desert kimi qəbul edilir. Dünyada ən çox sevilən dondurmalar da şokoladlı, vanilli  və meyvəli dondurmalardır. Ancaq müştərilərinə dondurma üçün yad olan dadlarda  desert təklif edənlər də var. Məsələn,  italyan şirniyyatçıları müştərilərinə duzlu, eyni zamanda göbələkli, yerkökülü, balıqlı və s. dondurmalar da təklif edirlər.

Öz müştərilərinə ən çox dondurma növünü Venesuelada yerləşən “Coromoto” dondurma kafesi təklif edir. Bu kafedə müştərilərə 700-dən çox dondurma növü təqdim edilir. Kafeni 1980-ci ildə Portuqaliyadan olan Manuel da Silva Oliveyra açıb. Bu gün də kafenin sahibi öz müştərilərinə yüzlərlə orijinal resept təklif edir. Bunların arasında tunesli vafli borucuğu, soğan, donuz cızdağı, pivə, yerkökü, pomidor, paxla, forel, krevetka, kalmarlı, spagetti, sarımsaq, qızılgül ləçəkləri ilə olan dondurmalar var. Delikateslərin arasında hətta tərkibində Çili bibəri olan həddindən artıq acı dondurma da var.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM