29 Avqust 2021 00:38
984
İQTİSADİYYAT
A- A+

Balaxanı Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

 

Sumqayıt Kimya Sənaye Parkının rezidenti isə istehsalı artırır

 

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, Balaxanı Sənaye Parkında sayca 23-cü rezident - “Zəfər işığı” MC qeydiyyata alınıb.

“Zəfər işığı” MMC il ərzində 5,4 milyon ədəd led lampaların istehsalını nəzərdə tutur. Layihənin ümumi investisiya dəyəri 1 mln. manata yaxındır. 1000 m2 istehsalat sahəsinə malik olan müəssisədə 20 daimi iş yeri yaradılacaqdır.

Qeyd edək ki, Balaxanı Sənaye Parkının 23 rezidentindən 16-sı artıq fəaliyyət göstərir və 800-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkının fəaliyyətində əsas məqsəd kiçik və orta sahibkarlara əlverişli biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

Nazirliyin bundan əvvəl açıqladığı başqa bir məlumatda isə bildirilirdi ki, “SumPlast” MMC 2017-ci ilin dekabrında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və 2020-ci ildə istehsal fəaliyyətinə başlayıb.

Müəssisədə Almaniya texnologiyası əsasında FFS filmlərin (polietilen kisələr) istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 3,3 milyon ABŞ dolları olan müəssisədə 30 nəfər daimi işlə təmin edilib.

İndiyədək şirkət tərəfindən 5 milyon manata yaxın satış həyata keçirilib. İstehsal olunan məhsullar daxili bazara çıxarılır və daha çox “Azərkimya” İstehsalat Birliyinin və “SOCAR Polymer” MMC-nin istehsal məhsullarının qablaşdırılmasında istifadə edilir.

Bundan başqa, “SumPlast” MMC tərəfindən məhsullarının xarici bazarlara ixracı istiqamətində danışıqlar aparılır və nümunə üçün məhsullar artıq bir sıra Avropa ölkələrinə təqdim edilib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video