16 Oktyabr 2021 00:52
1799
Elm və texnika
A- A+

Balaca Villidən dağıdıcı hərəkətlər

 

Müharibələrin amansızcasına dünyanı bürüməsi hərbi sahədə yeni texnika ideyalarının formalaşmasına və istehsalına təkan verirdi. Hər bir dövlət özünümüdafiə üçün bu vasitələrə ehtiyac duyurdu. Atış gücü olduqca qüvvətli, birbaşa düşmən hədəfini darmadağın etməyə qadir zirehli vasitə olan tank hərbi gücün əsas göstəricilərindəndir.

Əslində, tanklar min illərdir ki, mövcuddur. Keçmişdə misirlilər və yunanlar savaş maşınları olaraq tanka bənzər vasitələrdən istifadə ediblər. Lakin əsl tanklar I Dünya müharibəsi zamanı meydana çıxıb. İlk tank prototipi 1915-ci ildə İngiltərədə “Little Willie” (Balaca Villi) ləqəbi ilə hazırlanıb. Bu tank nümunə kimi hazırlandığı üçün savaş meydanına çıxarılmayıb. 1916-cı ilə qədər bu prototip əsasında bir çox hazırlıqlar görüldükdən sonra dünyanın ilk tankı olan “Mark 1” meydanlarda görünməyə başlayıb. Hətta ilk dəfə 1916-cı ildə Fransa cəbhəsində irəliləyən ingilislərin bu zirehli vasitəsi almanları təşvişə salıb. Lakin aylar sonra bu tankın mexanizmindəki çatışmazlıqlar, istifadəsinin çətinliyi bir çox tankçını zəhərləyərək öldürüb və ya dəhşətli səsdən kar edib. Bütün bu uğursuzluqlara baxmayaraq ingilislər və fransızlar tankın hərbi sahədə üstünlüklər qazandıracağına inanırdılar. Bununla da 1918-ci ilə qədər ingilislər təxminən 2600 tank, fransızlar isə “Renault FT”ni hazırlayaraq 3000 tank istehsal etmişdilər.

Almanlar tank istehsalına bir qədər gec başlayıblar. Bunun səbəbi I Dünya müharibəsində məğlub olan Almaniyanın Versal sülh müqaviləsinin şərtlərinə əsasən bir çox məhdudiyyətlərlə qarşı-qarşıya olması idi. Almaniyada 1934-cü ildə hazırlanan ilk müasir tank “Panzer I” adlanır. Tank 7.92 mm-lik iki pulemyotdan ibarət olub. Bu tank hərbi sənayenin inkişafına keçid vasitəsi hesab edilir. Sonrakı illərdə tankın təkmilləşdirilmiş modelləri olan “Panzer II, III, IV” və digərləri hazırlanmışdı. Hitler Almaniyasında müharibədə tankdan istifadənin yeni konsepsiyasını irəli sürən Haynts Quderian bu sahənin əsas simalarındandır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video