13 May 2012 12:05
328
Mədəniyyət
A- A+

«Baku Crystal Hall»da «Eurovision – 2012» mahnı müsabiqəsinin interval aktlarının məşqləri başlamışdır

 

"Baku Crystal Hall"da "Eurovision - 2012" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarının interval aktlarının məşqləri başlamışdır.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, mayın 11-də ilk olaraq "Baku Crystal Hall"ın səhnəsinə birinci yarımfinalın interval aktında çıxış edəcək "Natiq" ritm qrupu çıxmışdır. Elə həmin gün müsabiqənin ikinci yarımfinalının interval aktında performans təqdim edəcək son 5 ilin "Eurovision" qaliblərinin dublyor məşqi də uğurla keçmişdir.

Ötən illərin "Eurovision" ulduzları "Baku Crystal Hall"da Azərbaycanın milli musiqisi ilə zəngin maraqlı şou təqdim edəcəklər. Təşkilatçılar bu şounun hər kəs tərəfindən seviləcəyinə əmindirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video