31 Yanvar 2012 12:01
382
İQTİSADİYYAT
A- A+

«Bakıelektrikşəbəkə» gücləndirilmiş rejimdə işləyir

 

Havaların kəskin pisləşməsi regionların elektrik enerjisi ilə təminatda problem yaratmayıb. Bu barədə "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, indiyədək regionlarda enerji təminatı ilə bağlı heç bir ciddi problem qeydə alınmayıb. Hətta hava şəraitinin ən kəskin olduğu şimal bölgəsində - Quba-Qusar rayonlarında ciddi problem baş verməyib.

"Azərenerji"dən onu da bildiriblər ki, qış aylarında enerji sistemi xüsusi iş rejiminə keçir, belə havalarda isə hazırlıq daha da gücləndirilir. Odur ki, havaların kəskin dəyişəcəyi barədə əvvəlcədən verilən məlumata uyğun olaraq ciddi hazırlıq işləri görülüb, ərazilərə qəza briqadaları yerləşdirilib ki, qəza baş versə dərhal aradan qaldırılsın.

Paytaxtda isə havaların kəskin soyuması ilə əlaqədar enerjiyə tələbat adi günlərə nisbətən 15-20 faiz artıb. Amma bu, enerji təminatında problem yaratmayıb. Ayrı-ayrı abunəçilər tərəfindən ortaya çıxan fərdi problemlər nəzərə alınmasa, şəhərin elektrik enerjisi ilə təminatı normal rejimdə davam edir.

Ümumiyyətlə, soyuqlar və qar yağması ilə əlaqədar olaraq şəbəkə gücləndirilmiş iş rejiminə keçib. Bütün heyət iş başındadır, əlavə maşın-mexanizmlər və qruplar qarşıya çıxan hər hansı problemi operativ aradan qaldırmaq üçün sutka ərzində növbə çəkirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video